Ödənişli oxuyan tələbələrin diqqətinə – Nazirlik hökumətə təkliflər göndərdibackend

Ödənişli oxuyan tələbələrin diqqətinə – Nazirlik hökumətə təkliflər göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin iclasında bildirib.

Onun sözlərinə görə, tələbələrin təhsil haqları ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasına ehtiyac var.

O deyib ki, Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və təhsil komitəsi təhsil kreditləri ilə bağlı birgə iş aparır.

“Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla da müzakirələr aparırıq. Artıq Təhsil Nazirliyi bununla bağlı öz təkliflərini Nazirlər Kabinetinə təklif edib. “Təhsil krediti haqqında” qanun layihəsinin qəbulu vacib məsələyə çevrilib. Çalışacağıq ki, qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılsın”, – deyə İ.Həbibbəyli əlavə edib.