Sumqayıt şəhərinin bir hissəsinin  qaz təchizatı dayandırılıbbackend

Sumqayıt şəhərinin bir hissəsinin qaz təchizatı dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərinin bir hissəsini təbii qazla təmin edən diametri 530 mm-lik “Şəhər-4” orta təzyiqli qaz
xəttində təmir-bərpa işlərinin aparılması məqsədilə qaz təchizatının dayandırılmasına zərurət yaranıb.
Bu zaman saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərində bir qrup abonentin qaz
təchizatında fasilə olacaq.
Bundan başqa “Qaz İxrac” İdarəsinin balansında olan “Bəydilli” ölçü qovşağında bir sıra quraşdırma
işlərinin aparılması ilə bağlı səhər saat 09:00-dan 18:00-dək Neftçala rayonunun bir neçə kəndində qaz
təchizatı dayandırılıb. İsmayıllı rayonunda da qaz xətlərində quraşdırma işlərinin görülməsi üçün saat
10:00-dan bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilələr yaranacaq.