UEFA “Qarabağ”ı növbəti dəfə cərimələyibbackend

UEFA “Qarabağ”ı növbəti dəfə cərimələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa futbol qurumunun mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb Ağdam təmsilçinin avqustun 13-ü Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə azarkeşlər meydana kənar əşyalar atdığı üçün \”Qarabağ\”a 4 min 375 avro (8 min 225 manat) cərimə kəsilib.

Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən \”Qarabağ\” çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu turnirin qrup mərhələsinin ilk matçında evdə İspaniya \”Sevilya\”sına məğlub olub – 0:3.

UEFA daha öncə \”Qarabağ\”ı İrlandiya Dandolk\”unu məğlub etdiyi (3:0) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa görə də cərimələyib.