Dmitri Peskov: “Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşəcəklər”backend

Dmitri Peskov: “Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşəcəklər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

\”Valday Klubunun sessiyası oktyabrın 3-də Soçidə keçiriləcək. Sessiyada Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Filippin Prezidenti Duterte iştirak edəcəklər. Dövlət başçıları Valday görüşündə paneldə iştirak edəcəklər\”, – D.Peskov bildirib.

O əlavə edib ki, Rusiya prezidenti ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı 30 sentyabr – 3 oktyabr 2019-cu il tarixlərində Soçidə keçiriləcək. Builki mövzu \”Şərqin şəfəqi və dünya siyasi sistemi\”dir.