Ayətullah Nuri Həmədani və ayətullah Məkarim Şirazi tanınmış sufi alim və şair Şəms Təbrizi və təsəvvüf ədəbiyyatının böyük şairi Mövlana Cəlaləddin Rumi haqda serialın çəkilməsinin şəriətə zidd olduğunu bildiriblər.
Hər iki müctəhid Şəms Təbrizi və Mövlananın düşüncələrinin islama zidd olduğunu vurğulayıblar.
Qeyd edək ki, “Məste eşq” (Eşq məsti) adlı serialın rejissoru Həsən Fəthidir. Serial Mövlana Cəlaləddin Rumi və Şəms Təbrizinin həyatından bəhs edəcək. İran və Türkiyənin müştərək istehsalı olacaq serialda Şəms Təbrizi rolunu tanınmış aktyor Şəhab Hüseyni, Mövlana rolunu isə Parsa Piruz oynayacaq.