Gürcüstanın Prezident Administrasiyasının beş əməkdaşı istintaqa cəlb olunubbackend

Gürcüstanın Prezident Administrasiyasının beş əməkdaşı istintaqa cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, həmin şəxslər prezident Salome Zurabişvilinin avqustun 28-də imzaladığı əfv qərarı ilə bağlı aparılan istintaq çərçivəsində dindirilir.

Sentyabrın 25-də dövlət başçısının parlament üzrə katibi Dimitri Qabunia da Baş Prokurorluqda sorğu-sual olunub.

Qeyd edək ki, avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar Gürcüstan prezidenti 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunan üç nəfər və axtarışda olan bir nəfər də yer alıb.

Dövlət başçısı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə aparılır.