İlham Əliyev “Neftçi”nin sabiq prezidentinə fəxri təqaüd ayırdıbackend

İlham Əliyev “Neftçi”nin sabiq prezidentinə fəxri təqaüd ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

A.İbrahimov idmanın inkişafında xidmətlərinə görə bu təqaüdə layiq görülüb.

Aydın İbrahimov 1938-ci ildə Gəncədə anadan olub. Uşaqlıqdan taleyini idmanla bağlayıb. 1960-cı illərdə güləş növü ilə peşəkar səviyyədə məşğul olub. SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi adına, sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində 1964-cü il Yay Olimpiya Oyunlarının bürünc mükafatına layiq görülüb. Güləş üzrə Dünya və Avropa çempionudur.

A.İbrahimov “Neftçi” PFK-nın ilk prezidenti (1988-1997) olub.
Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi oldu, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanıb.