Bakıda qohumlar naməlum şəxslər tərəfindən döyülüb, ölən varbackend

Bakıda qohumlar naməlum şəxslər tərəfindən döyülüb, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az \”Report\”-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsi “Zeytun bağları” adlanan ərazidə qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlu qapalı kəllə-beyin travması, qardaşı oğlu, 1990-cı il təvəllüdlü Piriyev Filman Bəhruz oğlu isə bədənin müxtəlif dərəcəli travması diaqnozları ilə xəstəxanaya çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, B.Piriyev xəstəxanada vəfat edib. F.Piriyevin dediyinə görə, onlar tanımadıqları şəxslər tərəfindən döyülüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.