İnterpress.az xəbər verir ki, millimiz tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb.
1/8 finalda Tayvan, 1/4 finalda isə Avstraliya yığmalarına inamla qalib gələn cüdoçularımız yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Dramatik keçən görüşdə güclü rəqibini 4:3 hesabı ilə məğlub edən (48 kq-da Səbinə Əliyeva Darya Zaxarovanı məğlub edib – S.M.) Azərbaycan komandası tarixində ilk dəfə olaraq finala çıxıb.
Həlledici qarşılaşmada Yaponiya cüdoçularına 1:4 hesabıyla uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində II yeri tutub.
Qeyd edək ki, fərdi yarışlarda cüdoçularımız dünya çempionatının bir gümüş və bir bürünc medal qazanmışdı.