Ermənistanda 4 hərbi yük maşını toqquşub, 1 nəfər ölüb, 13 nəfər yaralanıbbackend

Ermənistanda 4 hərbi yük maşını toqquşub, 1 nəfər ölüb, 13 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “newsarmenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə Arteni-Karakert avtomobil yolunda baş verib.

Məlumata görə, Talin-Arteni magistralının 20-ci km-liyində 3 \”KamAZ\” və 1 \”ZİL\” markalı avtomobil toqquşub. Bundan sonra mülki vətəndaşları daşıyan avtobus \”KamAZ\”-ın qoşqusuna çarpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Toqquşan avtomobillərin hamısı Müdafiə Nazirliyinə məxsusdur.

Qəzanın səbəbi araşdırılır.