Zakir Qaralov: Sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəyikbackend

Zakir Qaralov: Sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində xalqın rifah halının gündən-günə yaxşılaşması və xalq-iqtidar birliyinin sarsılmazlığından narahat olan, xaricə satılmış antimilli müxalifət düşərgəsinin təmsilçilərinin ölkədə ictimai-siyasi sabitliyi və əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısı bundan sonra da xalq və dövlət tərəfindən qətiyyətlə alınacaq.

Z.Qaralov bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcək.