Nehrəmdə avtomobil qadını vuraraq öldürübbackend

Nehrəmdə avtomobil qadını vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 15-də orada ölüb.

Faktla bağlı Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.