İranda baş vermiş iki yol qəzasında 12 nəfər ölübbackend

İranda baş vermiş iki yol qəzasında 12 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İranşəhr şəhərində baş vermiş iki yol qəzasında ümumilikdə 12 nəfər ölüb.

İnterpress.az-ın  xəbərinə görə, Nikşəhr – İranşəhr magistral yolunda yanacaq daşıyan maşınla “Peugout” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Həmin magistral yolda növbəti qəza baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.