Keçid postlarından 7545 avtomobil geri qaytarılıb – RƏSMİbackend

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Martın 26-dan 27-dək şəhər çıxışlarında quraşdırılan keçid postlarından 742 nəqliyyat vasitəsi regionlara qaytarılıb”.

Bu barədə  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib:

“Bizdə sərnişinlərin sayı ilə bağlı dəqiq hesablama aparılmır. Lakin martın 26-dan 27-dək ümumilikdə şəhər çıxışlarında quraşdırılan keçid postlarından 1590 avtomobil geri qaytarılıb. 742 nəqliyyat vasitəsi region istiqamətlərinə, 848 avtomobil isə şəhər istiqamətinə qaytarılıb.

Onu da qeyd edim ki, martın 19-dan bu günə qədər şəhər çıxışlarında quraşdırılan keçid postlarından rayon istiqamətinə qaytarılan nəqliyyat vasitələrinin sayı 7545 olub. Martın 25-dən bu gün səhər saatlarına qədər isə 3656 avtomobil Bakı istiqamətinə geri qaytarılıb”.

İnterpress.az