İnterpress.az-ın verdiyi məlumata görə, Ertoğrul Qazi Kültür Yaşatma və Asılsız Eməni İddialarıyla Mücadilə dərnəklərinin iştirakı ilə ATQB sədri Tənzilə Rüstəmxanlının söz sahibliyi etdiyi konfransda ilk öncə Xocalı soyqırımı və ümumən Azərbaycan və Türkiyə olaraq türklük adına mücadilələrimizdə qurban verdiyimiz bütün şəhidlərimizin xatirəsi sayqı duruşu ilə yad edilib.
Maraqlı nitqi ilə tələbələrin və digər qonaqların diqqət mərkəzində olan Tənzilə Rüstəmxanlı 20 –ci yüzildə Güney Qafqazda Türk- müsəlman əhaliyə qarşı təşkil edilən soyqırımları barədə geniş məruzə edib;
“Faciələrin başlanğıcı 1905-ci il toplu türk müsəlman qırğınları ilə başladı. 1905-1906-ci illər erməni-müsəlman müharibəsi nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) vilayəti topraqlarında 200- dən artıq türk müsəlman yurdu xarabaya döndərilmiş, etnik təmizlənməyə məruz qalan ərazilərin türk əhalisi isə kütləvi qırğınlar nəticəsində məhv edilmişdir.
1905-1906 – cı illərdə Güney Qafqazda təşkil edilən qətliamlar mahiyyət etibarilə ermənilərin iyirminci yüzildə türk müsəlman əhaliyə qarşı mərhələlərlə gerçəkləş-dirdikləri etnik təmizləmə siyasətinin bir parçası olaraq qiymətləndirilə bilər.
O dövrün mətbuatında yayınlanan bilgilərə dayanaraq 1905-1906-cı illər arasında Güney Qafqazda ermənilərin yapdıqları qətliamların xronologiyasını aşağıdakı kimi sıralaya bilərik.
Bakıda
1.Bakı qətliamları – 6-9 fevral 1905.
2.Bakı qətliamları – 20-30 avqust 1905.
3.Bakü katliamları – 20-25 oktyabr 1905.
İrəvan qəzasında -1905- ci ilin may- iyun aylarında.
1.İrəvan qətliamları – 20-22 fevral 1905.
2.İrəvan qətliamlari – 23-26 may 1905.
3.İrəvan qətliamları – 18 sentyabr 1905.
4.İrəvan qətliamları – 27 may, 8-9 iyun 1906.
Naxçıvan qəzasında
Naxçıvanda – 7-13 May, 26-30 noyabr 1905.
Naxçıvan yaylasında ,həm şəhərdə, həm Cəhri nəhri boyunca -5-12 may 1905.
Naxçıvan yaylasının yuxarı hissəsində,Əlincə nəhri boyunca – 12-18 may 1905.
Şurut kəndi və Gilan nəhri hövzəsində- Şərur-Dərələyəz qəzasında
Şərurda – 29-31 may 1905.
Dərələyəzdə – may – iyun 1905.
Eçmiədzin qəzasında – 24 may-5 iyun 1905
Gümrü qəzasında – sentyabr – oktyabr 1905
Sürməli qəzasında – 2-4 iyun 1906.
Zəngəzur qəzasında – iyun – dekabr 1905.
Şuşa qəzasında,Şuşa şəhərində 12-22 iyul 1906.
Gəncə qəzasında, Qazax qəzasında,Tiflis şəhərində və digər bölgə və qəzalarda da bu tarixlər arasında Azərbaycan türkləri ermənilər tərəfindən qanlı qırğınlara məruz qalmışdır.
Eyni illərdə erməni dəstələri tərəfindən törədilən qırğınlar nəticəsində Güney Qafqazın 7 şəhəri böyük dağıntılara maruz qaldı,12 qəzada 252 kənd yağmalanaraq yerlə yek-san edildi,100 min ailə qəzalardan,on minlərlə adam şəhərlərdəki evlərindən köç etmək məcburiyyətində qaldı,10 min nəfər qətl edildi.”
ATQB sədrinin məruzəsindən sonra başlanan müzakirələr fonunda Xocalı və diğər soyrıqımlarının törədilməsində iştirakı olan cinayətkarlarla bərabər pərdəarxası qüvvələr də qınanaraq lənətləniblər. Konfrans iştirakçıları bu dəhşətli hadisənin bütün günahkarlarının layiqli cəzandırılması tələbini irəli sürüblər. Asılısız Erməni İddialarıyla Mücadilə dərnəyinin başqanı Şemseddin Gurtekin və digərləri çıxış edərək mövzu ətrafında öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda Tənzilə Rüstəmxanlı son iki yüzilin hadisələrini əhatə edən, müəllifi olduğu “İrəvandan Xocalıya…XX əsrdə Azərbaycan həqiqətləri” adlı kitabını konfrans iştirakçılarına təqdim edib.
Fevral ayının 17 -dən başlayaraq Türkiyədə səfərdə olan Tənzilə Rüstəmxanlı başçılıq etdiyi qurum tərəfindən aprel ayının sonunadək yekunlaşdırılması nəzərdə tu-tulan rəhbəri olduğu “Dağlıq Qarabağ, sözdə “erməni soyqırımı” məsələsində Azərbaycanı və Türkiyəni birləşdirən məqamlar. Qərbi Azərbaycan (indiki Ermənistandan deportasiya) problemi “ adlı layihənin gerçəkləşdirilməsi ilə bağlı səfərini davam etdirir. Qarşıdakı günlər ərzində digər şəhər və universitetlərdə də görüş və konfransların keçirlməsi planlaşdırılıb.
İnterpress.az