Moskva məhkəməsi onu 5,6 mlyon dollar rüşvət almaqda ittiham edir. İnterpress.az xəbər verir ki, Cənubi Saxalin termik elektrik stansiyasının tikintisinin tenderində böyük miqdarda rüşvət aldığı iddia edilən qubetnatora 15 il qədər həbs istənilir.
Xaroşavinin Moskvadakı evi və Saxalindəki villasında aparılan axtarışlar zamanı külli miqdarda pul, qızıl-ziynət əşyaları, bahalı saatlar və telefonlar aşkar olunub.
Axtarış əməliyyat tədbirləri çərçivəsində Saxalində 10, Moskvada isə 5 yerdə araşdırma aparılır. Qubernatorla yanaşı onun üç müavini barədə də təhqiqat aparılır.
Xoroşavin məhkəmədə 72 yaşında şikəst anasının olmasını əsas gətirib 5 milyon rubl girov müqabilində azadlıq tələb etsə də, onun vəsaiti təmin olunmayıb.
İnterpress.az