1500 nəfər əhalisi olan kənddə 72 göydələn inşa edilib – FOTObackend

1500 nəfər əhalisi olan kənddə 72 göydələn inşa edilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Szyansu əyalətində yerləşən Huaxi kəndi dünyanın ən unikal məkanlarından hesab olunur.

Türkiyənin “Milliyet” qəzeti yazır ki, Huaxi Çinin ən zəngin kəndi kimi tanınır.

Kənddə 1500 sakin yaşayır.

Qədim zamanlardan dəmir, polad və parça istehsalı ilə məşğul olan kənd əhalisi Çinin varlı insanlarından sayılıb.

Kəndin tarixi abidələrlə zəngin olması son illərdə buraya hər il milyonlarla turistin üz tutmasına səbəb olub və kənd əhalisi xeyli zənginləşib.

Belə ki, 1500 nəfər əhalisi olan kənddə 72 göydələn inşa edilib. Kənd əhalisi çox bahalı avtomobillərə və malikanələrə sahibdir.

Artıq buraya üz tutan turistlər təkcə tarixi abidəli seyr etməyə yox, Çinin ən zəngin kəndini görməyə can atırlar.