Britaniyada atışma zamanı 6 nəfər həlak olub, xəsarət alanlar varbackend

Britaniyada atışma zamanı 6 nəfər həlak olub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın cənub-qərbindəki Plimut şəhərində baş vermiş atışma zamanı 6 nəfər həlak olub.

Bu barədə polis məlumat yayıb. Həlak olanlardan biri hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Onunla birlikdə atışma zamanı 2 qadın və 2 kişi də hadisə yerində ölüblər. Daha bir yaralı isə xəstəxanada dünyasını dəyişib.

“Times” qəzeti isə şahidlərə istinadən həlak olanlardan birinin 5 yaşlı qız olduğunu xəbər verib.

İnsident yerli vaxtla saat 18:10-da (Bakı vaxtı ilə saat 21:10-da) Biddok-Drayv küçəsində baş verib.

Polis hadisənin başvermə səbəbini açıqlamayıb. Hadisə ilə bağlı təhqiqat aparılır. “Guardian” isə insidentin ailə münaqişəsi səbəbindən baş verdiyini bildirib.