Rusiyada 17 nəfərin dönərdən zəhərləndiyi fastfud mağazasının sahibi saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Moskvanın şimalında ən azı 17 nəfərin şaurmadan zəhərləndiyi fastfud mağazasının sahibi həbs olunub.
Paytaxtın İstintaq Komitəsi bildirir ki, iaşə işçiləri əmək müqaviləsi bağlamadan qanunsuz işləyiblər.
Yaxın vaxtlarda müstəntiqlər təqsirləndirilən şəxsin həbs olunmasını məhkəmədən xahiş edəcəklər.
Zəhərlənənlərin əksəriyyəti yaxınlıqdakı müəssisədən dönər alan Dmitrovskoye Şossedəki hostelin qonaqları olub.
Zərərçəkənlərə salmonellyoz diaqnozu qoyulub. İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi başlanıb.
Xuraman Etibarlı
İnterpress.az