Güneyli milli fəallardan DAK-a müraciətbackend

Güneyli milli fəallardan DAK-a müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az DAK mətbuat xidmətinə istinadən həmin müraciəti təqdim edir.

“İran adlanan ölkədə, ədalətsizlik və bərabərsizliklərə qarşı aparılan mücadilə və demokratik hüquq dövlətinin qurulması uğrunda mübarizə, Təbriz qiyamından başlayan kütləvi etirazlar, daha sonra ölkənin bütün şəhərlərinə yayılaraq İran adlanan ölkədə inqilaba çevrilmiş xalq hərəkatı, sonunda şah rejiminin devrilməsinə səbəb olmuşdur. Qiyamdan (inqilabdan) 3 onillikdən çox keçməsinə baxmayaraq, həmin inqilabın nəticəyə çatmasında bütöv millətlərin, xüsusilə Azərbaycan millətinin böyük rolu olmasına rəğmən xalqımızın hər hansı bir azadlıq, ədalət, gələcəyə ümid, rifah səviyyəsinə çatmaq və xalqlararası qarşılıqlı hörmət içərisində yaşamaq arzuları yoxsun qalmışdır. Tam tərsinə, şah rejiminin devrilməsindən sonra cəmiyyətin toplumsal gəlişməsi, iqtisadı və siyasi cəhətdən əskidən daha da ağır durumdadır. Heç bir din, inanc və quruluşda başqa millətlərə və xalqlara həqarət gözü ilə yanaşmaq qəbul olunmur. Halbuki, bu ölkədə (İranda) ərəb, bəluç, türk, türkəmən, lor, kürd, gilək və ayrı-ayrı millətlər daima aşağılanıb, ilkin haqlarından belə məhrum ediliblər. Dünyada faşizmin və rasizmin bitdiyi bir dövrdən danışarkən İranda bu iyrənc baxışlar ən pik nöqtəsindədir. Ayrıca tarixi savaşları nə qədər örtməyə çalışsalar da bu özünü müxtəlif zaman sürəclərində göstərmişdir. Türk mədəniyyətinə, dövlətçilikdə türk ruhuna kəskin şəkildə “yox” deyilmiş, buna müvafiq olaraq güclü biçimdə assimillyasiya siyasəti, kültürəl və fiziki soyqırımlar həyata keçirilmiş, bütün tarixi, ədəbi miraslar məhv edilmişdir.
Güney Azərbaycan Milli Hərəkatı bir partiya və ya təşkilat deyil, bəlkə Azərbaycan millətinin MİLLİ və FƏRDİ (bireysəl) haqları uğrunda demokratiyaəsilli, özəlliklə məzhəbi, siyasi, milli telorant və plüralizm əsaslarına dayanaraq Azərbaycan milətinin \”öz taleyini təyin etmə\” haqqını əldə etməsi üçün çağdaş \”MƏDƏNİ\” hərəkatdır. Milli hərəkat Milli varlığını yenidən qurmaq, inancların, dəyərlərin, adət-ənənələrin, kültürünü qoruyub yaşatmaq və ən başlıcası öz müqəddəratına hakim olma haqqı üçün mübarizə aparır. Milli hərəkat ideologiyası iki təməl xəttin oluşumu ilə problemləri ələ alıb, ona görə davranmaqdadır. Bu iki təməl xətt Türkçülük və Azərbaycançılıqdır. Hərəkatın tələb və istəklərində, eləcə də onun ana şüarlarında bu ayrılmaz qoşa baxış öz əksini tapmışdır.
Azərbaycan tarixi torpaqlarının bütövləşməsi və qarış-qarış topraqlarına yiyələnmək Azərbaycan Türk millətinin ən vacib və danılmaz haqqıdır. Uluslararası və təbii hüquq normaları əsasında Azərbaycan milli hərəkatı bunu ayrılmaz və dartışılmaz əsaslarından hesab edir.
Azərbaycan torpaqları stratejik əhəmiyyətli, bol nemətli və olağanüstü yeraltı və yerüstü zənginliklərə malikdir. Azərbaycanın ən böyük zənginliyi onun çox istedadlı və çalışqan millətidir. Bunlara güvənərək öngörülü doğru-düzgün planlarla Azərbaycan milləti ən yüksək rifah səviyyəsinə çata bilər. Azərbaycan milli hərəkatı bütün dünya ölkələri ilə qarşılıqlı hörmət və dostluq münasibətləri içərisində olmaq və açıq bazar iqtisadiyyatı sisteminin uyğulanmasının tərəfdarıdır.
Azərbaycan Milli Hərəkatı cins və irqından asılı olmayaraq, bütün insanlara eyni dərəcədə dəyər verir, Qadınlar bundan istisna olunmur. Qadın haqlarına hörmətlə yanaşaraq ərkəklərlə qadınları ayırd etmir. Azərbaycan Milli Hərakatı düşüncə özgürlüyünə, din və əqidə azadlığına, insanların mənəvi bağlılıqlarına hörmət bəsləyir. Dini işlər və fikir ifadəsini azad görür, bu şərtlə ki, başqalarının izzət və azadlıqlarını məhdudlaşdırmasın.
Azərbaycan Milli Hərəkatı media və yayım orqanlarının sərbəstliyi, sendikalar və partiyaların özgürlüyü, demokratik mühitin yaranmasını insanların mutluluğunun ilkin addımı olaraq qəbul edir, bunu insanların barış və hüzuru üçün gərəkli hesab edir. Həmçinin buna nail olmaq üçün lazım olan bütün addımların atılmasını ön görür.
Türk dili (türkcə) Azərbaycanın ən qabarıq tarixi və milli kimliyinin əsaslarından olaraq rəsmi dövlət dairələrində istifadə edilməli və öyrətimi tüm öyrətim düzeyində, yayım orqanlarında ələ alınmasi gərəklidir. Hər bir Azərbaycan türkünün ən vacib haqqıdır. Azərbaycan Milli Hərəkatı bunun təməl istək olaraq ən tez zamanda həyata keçməsini istəyir. Azərbaycan Milıi Hərəkatı başqa dillərin istifadəsinə və digər xalqların da öz ana dillərində təhsil almalarına həmçinin media quruluşlarına sahib olmalarına hörmətlə yanaşır.
Çevrə və doğal qaynaqları insanların əlində bir əmanət bilir. Onlardan düzgün yararlanmaq və gələcək üçün qorumaq insanların ən vacib vəzifəsidir. Doğal qaynaqların ciddi formada qorunması Azərbaycan Milli Hərəkatının istəklərindəndir.

İstəklər :
1- BMT- nin insan haqları, dövlətsiz millətlər və uluslararası hüququn imkan verdiyi çərçivədə Güney Azərbaycan məsələsinə mediada geniş yer verilməsi;
2- Araşdırma və universitetlərdə kültürəl, hüquq, sosiolojik, tarixi araşdırmaların idxal olunmuş şüur qəliblərdən azad olunması şərtilə genişlənməsi;
3- Güney Azərbaycanın türk dövlətlərində tanıdılması üçün kültürəl dərnəklər və QHT-lərin qurulması;
4- Güney Azərbaycan insanının türk dövlətlərində təhsil alması üçün uyğun şəraitin yaradılması, buna müvafiq tədbirlərin həyata keçirilməsi;
5- Mühacir adı altında çetə, qrup, şəxsi biznes üzərində “fəaliyyət” edən, Güneyi layiqincə təmsil etməyən Avropa və digər xarici ölkələrdə bulunan fərd və qruplarla deyil, daha səmimi və hərəkatı olduqca yüksək səviyyədə təmsil edən insanlarla iş biliyi və hərəkatın mərkəzi olan Güneyin daxili ilə hər cür əlaqələrin yaradılması istiqamətində səmimi və vacib addımların atılması;
6- İstanbul və Bakıda “Təbriz Kültür Evlərinin” açılması toplumların bir-birinə daha yaxınlaşması baxımından zəruri və məqsədəuyğun hesab olunur.
Güney Milli Hərəkatı xaricdə Güney adına fəaliyyət göstərib, lakin başqa maraq və tələblərin ödənilməsilə məşğul olan bütün qrup, çetə və şəxsləri diqqətlə izləyir. Onların fəaliyyətləri millətin və hərəkat fəallarının vicdan məhkəməsinə veriləcəkdir”.

İnterpress.az