Müxbirimiz Dünya Azərbaycanlıları Konqresinin (DAK) tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan (indiki Ermənistan dövləti) Nümayəndəliyinin rəhbəri tədqiqatçı-siyasətşünas Səməndər Çaxmaqlı ilə görüşmüş, qondarma erməni soyqırımı, onun saxta “tarixi kökləri” və s. suallarla müraciət etmişdir.
-Səməndər müəllim, ermənilərin qondarma erməni soyqırımının kökləri hansı tarixi faktlara əsaslanır və ya belə bir məsələ olmuşdurmu?
-Bildiyimiz kimi, ermənilər guya Osmanlı Türkiyəsi tərəfindən 1915-ci ildə erməni millətinə qarşı törədilmiş soyqırım nəticəsində 1,5 milyon ermənilərin qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və s. “faciənin 100 illik tarixini” qabardaraq, Türkiyə və Azərbaycana qarşı şər – böhtan, hədə – qorxu dolu vasitələrindən istifadə edərək bu məsələnin həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu ictimai-siyasi təşkilatlarına sırımağa çalışırlar. Qondarma “soyqırımın 100 illiyi” adı altında xarici ölkələrdə yuva salmış terrorçu erməni quldurlarından pul-para qoparmaqla yanaşı, erməniləri Türkiyədən qisas almağa, torpaq və təzminat qoparmağa çağırırlar. Əslində isə 1915-ci ildə Yaxın Şərq və Cənubi Qafqazda 1,5 milyon erməni yaşamamışdır. Qeyd edək ki, ermənilərin soyqırıma məruz qalmaları haqqında dünya dövlətlərinin arxivlərində heç bir tarixi sənəd yoxdur. Türkiyə dövləti bu illər ərzində dəfələrlə arxiv sənədlərin araşdırılması faktların ortaya çıxarılması barədə erməni dövlətinə müraciət etdə də onlar bu məsələ ilə bağlı həqiqətdən yayınmaq mövqeyi tutmuşlar. I Dünya müharibəsi illərində, xüsusən 1915-ci ildə Osmanlı Türkiyəsi Antanta dövlətləri ilə müharibədə ölüm-dirim mücadiləsi apararkən Bizans, Roma və s. imperatorluqlarından satqınlığa, xəyanətə görə qovulmuş ermənilərin sonuncu sığınacaq yeri tapdıqları Osmanlı imperiyasına da xəyanət etdilər. Onlar Rus qoşunlarının tərkibində “Böyük Ermənistan” yaratmaq xülyasına düşərək Türkiyə torpaqlarında kütləvi qırğınlar, yüzlərlə şəhər və kəndlərdə soyqırımlar törətdilər. Ermənilərin bu xəyanətini görən Osmanlı İmperiyası köçürülmə əməliyyatı ilə onları Türkiyənin içəri torpaqlarından Şərqi Anadoluya köçürməyə məcbur oldu. Rus yazıçısı Yakov İlicov “Türkiyə karvanı” tarixi romanında göstərir ki, 1924-cü ildə Frunzenin rəhbərliyi ilə (V.Leninin göstərişi ilə) Türkiyəyə yardım karvanını təhvil verib qayıdarkən M.K.Atatürk özünün şəxsən himayə edərək qoruyub-saxladığı 300 min ermənini də özləri ilə Şərqi Anadoluya aparmağı xahiş etmiş, onlara mühafizə dəstəsi də ayırmışdır. Tarixi mənbələri araşdırsaq görürük ki, I Dünya müharibəsi dövründə və sonralar Türklərə və müsəlmanlara qarşı əsl terror aktları və soyqırımlar erməni quldur dəstələri tərəfindən törədilmişdir. Ermənilərin uydurduqları qondarma erməni soyqırımı cəfəngiyyat və saxtalarlıqdan başqa bir şey deyildir.
Ermənilərin saxtakarlıqlarından söz açan U.Çörçill yazırdı ki, ermənilərin fırıldaqçılıqdan, saxtakarlıqdan və günahsız adamları qırmaqdan başqa heç bir silahı yoxdur. Onların bu silahı bu gün də öz işini görməkdədir.
Tarixçi Aleksandr Düma “Qafqaz səfəri” tarixi əsərində ermənilərin tarixi saxtalaşdırmaq kimi “ ustalıqlarından bəhs edərək yazırdı ki, Dağıstanın Şilda kəndində gedən döyüşlərdə ləzgilər tayfa başçısının evinə hücüm edirlər. Bu adamın Yefim Sukyazov adlı tarixi saxtakarlıqla qələmə alan erməni katibi varmış. (Bu erməni Dağıstan torpaqlarının da bir hissəsinin qədim erməni torpaqları olduğunu qələmə alıbmış.) Ləzgilərin evi ələ keçirdiyini görən Sukyazov ölümdən xilas olmaq üçün özünü ölülüyə vuraraq üzü üstə yerə yıxılır. Onu tanıyan ləzgilərdən biri erməninin “cəsədinə” ilişir və onun sağ olduğunu bilir. Xəncərlə onun sol əlini kəsərək bayıra çıxarkən səhv etdiyini başa düşür və geri qayıdaraq onun sağ əlini də kəsir. Ermənilərin hansı şərəfsiz keyfiyyətlərə malik olması haqqında rus yazıçısı A.S.Puşkin, alman səyyah Alfred Karte, I Çavçavadze, Korneli Tatsis, V.Velicko, Qribayedov, Nekrasov və s. Kimi dünyada tanınmış şəxsiyyətlər də öz fikirlərini bildirmişlər.
– Səməndər müəllim, çar Rusiyası tərəfindən ermənilərin himayə edilməsi və Cənubi Qafqazda erməni dövlətinin yaradılması tarixi haqqında nələri deyə bilərsiniz?
Gəlin, əvvəlcə ermənilərin himayə edilməsi və Rus imperiyası tərəfindən qondarma “erməni dövləti”nin yaradılması tarixinə nəzər salaq.
– 1724-cü ildə rus çarı I Pyotr erməni millətinin çar Rusiyasının himayəsi altına alınması haqqında fərman imzalamışdır.
– 1768-ci ildə rus çariçası II Yekaterina ermənilərə Rusiyanın himayəsində hər cür səlahiyyətlərin verilməsi haqqında fərman imzalamışdır.
– 1769-cu ildə erməni millətçisi Movses Safaryanın tərtib etdiyi “Ermənilərin Azadlıq Proqramı” rus hakimiyyət orqanları tərəfindən qəbul edilmişdir. (Proqramda zorakılıq yolu ilə erməni dövləti yaratmaq ideyaları təbliğ olunurdu.)
– 1802-ci ildə çar I Aleksandr ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi və onlardan istifadə edilməsi haqqında yazılı göstəriş vermiş və bu işdə katolik kilsələrdən istifadə edilməsini vacib saymışdır.
– 1804-cü ildə İrəvan xanlığını işğal etmək və erməni dövləti yaratmaq məqsədi ilə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə İrəvan xanlığına I yürüş etdilər, lakin məğlub olaraq geri çəkilməyə məcbur oldular.
– 1808-ci ildə Rus qoşunları erməni quldur dəstələri ilə birlikdə İrəvan xanlığına II yürüş etdilər, lakin məğlub olaraq geri çəkildilər, Naxçıvan xanlığına hücum etdilər.
– 1808-ci ildə Rus qoşunları erməni qoşunları erməni quldur dəstələri ilə birlikdə Naxçıvan xanlığını işğal etdilər, xarici ölkələrdən gətirilmiş erməniləri xanlığın ərazisində məskunlaşdırdılar.
– 1827-ci ildə Rus qoşunları erməni quldurları ilə birlikdə İrəvan xanlığına III yürüş etdilər və İrəvan xanlığı işğal edildi.
– 1828-ci ildə, mart ayının 21-də İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisində “müvəqqəti erməni vilayəti” yaradıldı və İrəvan şəhəri ermənilərə paytaxt kimi hədiyyə verildi.
Müvəqqəti erməni vilayətini dövlət kimi formalaşdırmaq üçün 1828-1988-ci illər arasında İrəvan xanlığının ərazisindən – Qərbi Azərbaycandan 3 milyondan çox yerli əhali dədə-baba yurdlarından qovulub çıxarılmış və bu torpaqlara xarici ölkələrdən 1,5 milyona yaxın erməni köçürülmüş, İrəvan xanlığının 29 min kv² ərazisində qondarma “Ermənistan Respublikası” yaradılmışdır. Sonralar Sovet Rusiyası öz sələflərinin yolunu davam etdirmiş və ermənisiz erməni dövləti yaradaraq öz siyasi məqsədləri üçün istifadə etmiş və indi də istifadə etməkdədirlər.
– Səməndər müəllim, ermənilərin Azərbaycanda, Türkiyədə törətdikləri cinayətlər – soyqırımlar, terrorçuluq, vandalizmi barədə hansı tarixi faktlar məlumdur?
Bildiyimiz kimi, ermənilərin qondarma soyqırımı cəfəngiyyatdan başqa bir şey deyildir. Lakin onların Rusiyanın havadarlığı ilə Türklərə, azərbaycanlılara və müsəlmanlara qarşı törətdikləri qanlı cinayətlərin – soyqırımların, terror əməliyyatlarının, vandalizminin və s. dünyada misli bərabəri olmamışdır. Gəlin bu cinayətlərin bir hissəsinin tarixi xronologiyasına nəzər salaq:
– 1827-1828-ci illərdə ruslar erməni quldur dəstələri ilə İrəvan qalasını işğal etdikdən sonra qalada və şəhərdə “qayda-qanun” yaratmaq ermənilərə tapşırıldı. Onlar 70 mindən çox şəhər əhalisini qətlə yetirdilər, əsir düşmüş qala müdafiəçiləri Cənubi Azərbaycandan köməyə gəlmiş sərbazları (əsgərləri) və yaralıları qala meydanında tonqala ataraq diri-diri yandırdılar.
– XIX əsrin II yarısında Rus-Türk müharibələri zamanı Türkiyənin məğlubiyyətindən sonra ermənilər rusların köməyi ilə Türkiyənin ayrı-ayrı vilayətlərində, Zeytunda (1829, 1862, 1878, 1884-cü illərdə), Sasunda (1880), Vanda (1886) və digər şəhərlərdə soyqırımlar törətmiş, yüz minlərlə dinc əhalini qətlə yetirmişlər.
– 1905-1907-ci illərdə ermənilər rus kazaklarının köməyi ilə Naxçıvanda, Gəncədə, Bakıda, Qarabağda, Qazax qəzasında, Zəngəzurda, Göyçə gölü ətrafında, Mehridə və digər bölgələrdə mülki əhaliyə qarşı soyqırımlar törədərək 150 mindən çox Azərbaycan türkünü qətlə yetirdilər.
Bu illərin qanlı faciələrinin geniş şərhi yazıçı Mir Möhsun Nəvvabın “Erməni – Müsəlman davası” tarixi kitabında, M.S.Ordubadinin “Qanlı illər” əsərində və Cahangir Zeynalovun “Müxtəsər Azərbaycan tarixi” elmi publisistik əsərində erməni vəhşiliklərini geniş şəkildə öz əksini tapmışdır.
Bütün bu kimi vəhşiliklərə, soyqırımlara rəvac verən 1887-ci ildə Cenevrədə yaradılmış qatı millətçi “Hnçaq” (Zəng) partiyası, 1890-cı ildə Tiflisdə yaradılmış, millətçi – terrorçu “Daşnaksütyun” (ittifaq) partiyası, 1974-cü ildə Parisdə yaradılmış “Asala” terror təşkilatı, 1995-ci ildə Nyu-Yorkda yaradılmış, “Erməni vətənpərvərlər ittifaqı”, “Hamkavar”, “Droşak” (bayraq) və başqa millətçi – terrorçu təşkilatları bu gün də “Böyük Ermənistan” dövləti yaratmaq yolunda hər cür qeyri – insani vasitələrdən istifadə etməkdədirlər.
– 1914-1920-ci illərdə, əvvəllər çar Rusiyasının, sonralar isə Sovet Rusiyasının köməyinə arxalanan ermənilər müxtəlif iilərdə Azərbarbaycanda və Türkiyədə olmazın vəhşiliklər törətmiş, 200 mindən çox türk-müsəlman əhalini qətlə yetirmişlər. 1918-ci ildə yaradılmış qondarma Ermənistan dövlətinin tərkibində daxil edilmiş İrəvan xanlığının ərazisində yaşayan Azərbaycan türkləri daha çox vəhşiliklərə məruz qalmışlar. 1918-1920-ci illərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Ağbaba, Vedibasar, Zəngibasar, Dərələyəz , Zəngəzur və başqa mahallarında quldurbaşı Andronik Ozanyanın erməni quldur dəstələri bu bölgələrdə yaşayan əhalinin tam yarısını qətlə yetirmişlər.
1914-cü ildə bütün ermənilərin katolikosu Vartan Gevorkov rus çarı I Nikolaya müraciət edərək bildirirdi ki, ermənilər çarın sadiq oğullarıdır, onlar xahiş edirlər ki, Türkiyə ərazisində yaşayan erməni qardaşlarımızın əzablarına son qoysun. Həmin il kilsə tərəfindən 10.000 nəfərdən ibarət silahlı erməni dəstələri yaradılaraq Türkiyənin şərq vilayətlərini zəbt etmək üçün türk torpaqlarına soxuldular. Onlar Türkiyədə yaşayan erməni əhalisi ilə birləşərək yerli əhaliyə divan tutdular. Təkcə I Dünya Müharibəsi dövründə 2 milyona yaxın mülki əhali erməni quldur dəstələri tərəfindən qətlə yetirilmişdir.
– 1918–1920-ci illərdə Bakıda Qubada, Şamaxıda, Göyçayda, Qərbi Azərbaycan torpaqlarında, Cənubi Azərbaycanda və digər bölgələrdə kütləvi qırğınlar törədilmişdi, 500 mindən çox mülki əhalinin həyatına son qoyuldu.
– 1948–1953-cü illərdə Qərbi Azərbaycanda (indiki Ermənistanda) ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə prosesi həyata keçirildi.100 minə yaxın azərbaycanlı deportasiyaya məruz qaldı.İqlim və yaşayış tərzinə uyğunlaşa bilməyən bu mülki əhalinin yarıdan çoxu həyatını itirdi.
Hələ 1943-cü ildə Tehran konfransında Sovet – İran münasibətləri müzakirə edilərkən, daşnaklar İran ermənilərinin Sovet Ermənistanına köçürülməsinə razılıq aldılar. 1947-ci ildə isə Mircəfər Bağırov və Qarlen Haryutunovun razılıq məktublarına əsasən “ermənistanlı Türklər” Azərbaycanın Kür – Araz ovalığına, İran erməniləri isə Ermənistan ərazisinə köçürüldü.
1988–1990-cı illərdə Sovet Rusiyasının havadarlığından istifadə edən ermənilər Qərbi Azərbaycanda (indiki Ermənistanda) yaşayan son 250 min azərbaycanlını dədə – baba yurdlarında zorla qovub çıxardılar. Yüzlərlə insan qətlə yetirildi. Ümumilikdə, 1828-ci ildən 1988-ci illər arasında rus-erməni ittifaqının işğalçı siyasəti nəticəsində İrəvan 29,8 kv² inzibati ərazisi işğal edilmiş, 3 milyondan çox əhali öz dədə – baba yurdlarından çıxarılmış, 1 milyondan çox əhali soyqırıma məruz qalmışdır. Hələ 1986-ci ildə Yunanıstanın Afina şəhərində Z.Balayanın və S.Kaputikyanın iştirak etdiyi Erməni Milli Konqresinin yığıncağında Türkiyə ilə haqq – hesab məsələsinin sonraya saxlanılması, Ermənistandan bütün azərbaycanlıların qovulması və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərara alındı.
1989-1994-cü illərdə Dağlıq Qarabağ və onun ətraf bölgələrində törədilmiş qanlı cinayətlər tarixi keçmiş deyil, bugünkü reallıqdır. Onların Xocalıda, Qaradğlıda, Ağdabanda və digər yaşayış məntəqələrində törətdikləri soyqırımlar, qətliamlar tarixin səhifəsindən heç vaxt silinməyəcəkdir. Bu illər ərzində Dağlıq Qarabağ və onun ətraf rayonlarında 100 mindən çox dinc əhali qətlə yetirilmişdir.
Bu gün ermənilər çox gözəl bilirlər ki, havadarlarının köməyi ilə işğal etdikləri Qərbi Azərbaycan – İrəvan xanlığının, Dağlıq Qarabağ və digər bölgələrin torpaqları heç vaxt onların olmamış, olmayacaqdır. Yaxın zamanlarda bu torpaqlar işğaldan azad ediləcək və törətdikləri əməllərə görə qisas alınacaqdır.
Bu yaxınlarda Fransada yaşayan erməni milyonçusu, erməni ordusuna ən çox maliyyə vəsaiti çatdıran daşnak Şarl Aznaur jurnalistin sualına əsəbi şəkildə cavab verərək bildirdi ki, biz Dağlıq Qarabağın müstəqil olması üçün bu işə girişdik. Əgər 1923-cü ildə bu torpaqları Stalin Azərbaycana vermişdisə, bəs bundan əvvəl bu torpaqlar kimə məxsus idi?!
Məlumdur ki, Dağlıq Qarabağ torpaqları əsrlərlə Qarabağ xanlığının yaylaqları olmuşdur. Gördüyünüz kimi, təxminən bu əsr ərzində ermənilər havadalarının hərtərəfli köməyi ilə Türkiyədə törətdikləri soyqırımlar nəticəsində 2 milyondan çox, Şimali və Cənubi Azərbaycanda 1,5 milyondan çox insanların həyatlarına son qoymuşlar. İndi isə qondama erməni soyqırımından danışır, haray – həşir salır, onun “100 illik yubileyini” dünya ölkələrinə sırımaq istəyirlər.
Əslində onların özləri havadarlarının köməyi ilə türklərə, azərbaycanlılara, müsəlmanlara qarşı soyqırımlar törətmişlər. Qeyd etdiklərimizin hamısı tarixi sənədlərə və faktlara əsaslanır. Əgər ermənilər həqiqətən soyqırıma məruz qalmışlarsa, niyə onlara qardaş olan Rusiya, Fransa kimi dövlətlərinin arxivlərində bu məsələ ilə barədə bir səhifə də olsun belə tarixi sənəd yoxdur? Bu gün Türk dövləti ona görə arxivlərin açılmasını, araşdırılmasını, bu məsələ ilə tarixçilərin məşğul olmasını tələb edir.
Ermənilər isə bu məsələyə tarixi sənədlərlə yanaşmadan boyun qaçırırlar.
Ermənilərin soyqırıma dair əsaslandıqları yalnız saxta bir sənədi həmişə ortaya atırlar; 1914-cü ilin axırlarında erməni silahlı dəstələri Rus qoşunları ilə birlikdə Türk torpaqlarına soxularkən erməni silahlılarının əksəriyyəti Suriyadan gələn ermənilər idi. Osmanlı Türkiyəsi yerli erməniləri Şərqi Anadoluya köçürən ərəfədə, Osmanlı paşalarından biri Suriya valisinə məktub göndərir. ( Həmin illərdə Suriya Osmanlı imperiyasının tabeliyində idi.) Həmin məktubda göstərilir ki, suriyalı silahlı erməni dəstələri türklərə qarşı böyük vəhşiliklər törədirlər, buna görə də Suriya ermənilərinin Türkiyəyə keçməsinin ya qarşısını alın, ya onları ölkədən xaric edin ya da xəncərdən keçirin. Lakin bu məsələnin həll edilməsi mümkün olmamışdır. Ermənilər isə bu işin icra edildiyini bəyan edirlər. Bu həmin 300 min ermənidir ki, sonralar onun sayı şişirdilərək 500 minə, 800 minə indi isə 1,5 milyona çatdırılmışdır. Halbuki, nə Suriya arxivlərində, nə də qonşu dövlətlərin arxivlərində bu məsələ barədə heç bir sənəd yoxdur.
Birmənalı şəkildə bütün dünya bilir ki, qondarma erməni soyqırımı cəfəngiyyatdan başqa bir şey deyildir. Lakin dünyada bu məsələyə münasibətlərdə ikili standartlar öz işini görməkdədir.
– Səməndər müəllim, neçə illərdir ki, torpaqlarımız, işğal altındadır. Və bunu dünyanın bütün ölkələrinə, bütün nüfuzlu ictimai – siyasi təşkilatlarına məlumdur. Lakin işğalçı dövlətə qarşı heç bir tədbir görülmür. Bu barədə fikirlərinizi bilmək istərdik.
– Bilin ki, ermənilərə qarşı heç vaxt tədbir görülməyəcək. Neçə ki, bu məsələyə yanaşmada ikili standartlar var, xristian – müsəlman məsələsi var, işğalçı Rusiya və digər dövlətlərin himayəçiliyi mövcuddur ermənilər işğalçılıq siyasətlərindən əl çəkməyəcəklər.
Azərbaycan dövləti və ölkəmizin bütün ictimai – siyasi təşkilatlarının apardıqları səmərəli fəaliyyətin nəticəsidir ki, bizim bütün məsələlərdə haqlı olduğumuz bütün dünyaya məlumdur. Lakin bildiyimiz standartlar Ermənistan, Azərbaycan – Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi hələ ki, ləngidir.
– Səməndər müəllim, bu gün ermənilərə qarşı hansı vasitələrdən istifadə edərək mübarizə aparmaq məqsədə uyğundur?
– Bildiyimiz kimi, Azərbaycan dövləti işğalçı Ermənistan dövləti ilə beynəlxalq hüquq normaları çərçivəsində Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyir. Erməni quldurları isə bu məsələyə münasibətdə kəskin qeyri – konstruktiv yol seçərək, daha da azğınlaşırlar. İndi ermənilərlə öz əməlləri fonunda münasibətdə olmaq vaxtı çatmışdır. Son zamanlar belə bir yolun seçilməsi təqdirəlayiqdir. Hələ 1905 – 1907-ci iilərdə erməni-müsəlman davası zamanı erməniləri yalnız qana-qan yolu ilə islah etmək mümkün olmuşdur.
1905-ci ildə şuşalı Əhməd Ağaoğlu tərəfindən Difai partiyası (Azərbaycan Milli Müdafiə Təşkilatı) yaradılmış və bu təçkilata qoşulan fədailər anti Azərbaycan , anti Türk siyasəti aparanlara qarşı ölümə ölüm, qana-qan, terrora-terror, qırğın-qırğınla cavab vermiş, Bakıdan-Batuma, Qarabağdan-Dağıstana qədər böyük nüfuz qazanmış, düşmənləri yerində oturmağa məcbur edərək bütün Qafqazda güc və ədalətin Türklər tərəfində olduğunu sübuta yetirmişdilər. Difai sözü düşməni dəf etmək, milləti müdafiə etmək, düşməndən törətdikləri əməllərə görə qisas almaq mahiyyəti daşıyır.
Yazıçı Sabir Rüstəmxanlının “Difai fədailəri” tarixi əsərində həmin illərdə erməni quldurlarına qarşı mübarizə aparmış Vətən fədailərinin mübarizə üsulları geniş şəkildə göstərilmiş, onların qəhrəmanlıq əməlləri tarixi faktlarla şərh edilmişdir. Bu əsər düşmənlərimizdən qisas almaq üçün hər bir azərbaycanlının, xüsusən gənclərin stolüstü kitabı olmalıdır.
Bu gün ermənilərlə heç bir ictimai, mədəni və s. əlaqələr yaratmaq haqqında düşünülməməlidir. Dünyanın heç bir ictimai – siyasi təşkilatlarına məhəl qoymayan və zor gücü ilə hər şeyi həll etməyi qarşısına məqsəd qoymuş erməni daşnaklarını məhv etmək və ya Cənubi Qafqazdan qovub çıxarmaq yeganə yoludur.
Ölkə prezidenti cənab İ.Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, indiki Ermənistan dövləti İrəvan xanlığının, Zəngəzur mahalının torpaqları üzərində formalaşdığına görə biz Qarabağ torpaqları ilə bərabər Qərbi Azərbaycan (indiki Ermənistan) torpaqlarını da ermənilərdən azad etməli və onlardan qisas almalıyıq. Ölkə başçısının bu çağırışına hər bir azərbaycanlı qoşulmağa hazırdır.
– Səməndər müəllim, ətraflı məlumatlara görə sizə təşəkkürümü bildirirəm.