Rəsulzadənin nəvəsindən Sabir Rüstəmxanlıya dəstəkbackend

Rəsulzadənin nəvəsindən Sabir Rüstəmxanlıya dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəis Rəsulzadə İnterpress.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı tədbir görülməsi üçün Sabir Rüstəmxanlı ilə birgə hərəkət edəcək: “Sabir bəy bu məsələni parlamentdə qaldırıb. Mən Sabir Rüstəmxanlı ilə görüşüb məsələni aydınlaşdırmağa çalışacağam. Əgər heykəl üzərində bərpa işləri aparılmayacaqsa, onun çuvala salınması heç bir məntiqə sığmır. Mətbuatdan isə xahişim odur ki, məsələni daim diqqətdə saxlasınlar”.

Xatırladaq ki, Sabir Rüstəmxanlı parlamentdəki çıxışında Cümhuriyyət qurucularına aşağılayıcı münasibətin olduğunu bəyan edib: “Neçə vaxtdır deyilir ki, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, onun başına çuval keçirilib. Bu, ABŞ-ın türk əsgərinin başına çuval keçirməsi deməkdir. Əgər Gəncə İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Əgər Məhəmməd Əmin Rəsulzadə düşmən elan edilibsə, deyilsin, biz də bilək. Əslində Rəsulzadənin orda böyük heykəli olmalıydı. Yoxdur, bir köhnə büst var, onun da başına illərdir ki, çuval keçiriblər. İcra başçısı zəhmət çəkib, öz əlləri ilə onun başındakı çuvalı çıxartsın”.

Bu çıxışdan sonr Gəncə şəhər İcra Hakimiyyəti heykəllə bağlı Dövlət Dəmir Yolunun cavabdehlik daşıdığını bildirsə də, sözügedən qurum heykəlin qoyulduğu parkın icra hakimiyyətinin balansına verilməsi ilə bağlı dəfələrlə müraciət edildiyini vurğulayıb.

Elnarə KƏRİMOVA
İnterpress.az