Şəhid övladlarının iştirakı ilə uşaq verilişi hazırlanıb
Bakı Teatr Mərkəzi, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi və “Səhnə TV” youtube sosial platforması üzərindən yeni uşaq verilişinin hazırlanmasına başlayıb.
İnterpress.az xəbər verir ki, birgə əməkdaşlıqla icra olunan layihənin məqsədi fəal uşaqların üzə çıxarılması, formalaşan yeni nəslin bilik və yanaşmalarının tədqiq edilməsinə xidmət edir.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan verilişin 6-cı buraxılışı şəhid övladlarının iştirakı ilə hazırlanıb. Çəkiliş zamanı uşaqlara KFC tərəfindən qəlyənaltılar, “Audiokitab” mobil tətbiqi tərəfindən kitablar hədiyyə olunub.
Məlumat üçün qeyd edək ki, verilişin formatını aparıcı tərəfindən uşaqlara verilən vahid suallara onların fərqli və özünəməxsus cavabları təşkil edir. Sözügedən verilişlərin bütün buraxılışlarını Bakı Teatr Mərkəzi, “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyi və “Səhnə TV”-yə məxsus sosial platformalar üzərində izləmək mümkündür.