Yasəmən xanım may ayının son həftəsi İsveç Qarabağ Cəmiyyətinin dəvəti ilə Stokholmda oldunuz. Səfərin məqsədi nələrdən ibarət idi?
Bu il İsveç Azərbaycan münasibətlərinin intensivləşməsi zərurəti yaranmışdır. İsveç hökumətinə başçılıq edən sosial-demokrat Stefan Lövhenin bu il aprelin 24-də saxta “erməni soyqırımı” nın yüz illiyi ilə baglı İrəvanda təşkil olunmuş mərasimə qatılmaması və Xarici İşlər Nazirliyi sözçüsünün İsveç Parlamentinin qondarma soyqırımı qərarına yenidən baxılması zərurəti haqda açıqlaması bizdə Avropada son illərdə sərgilənən ikili standartlar siyasətinin yox, ədalətin zəfər çalacagı ümidini oyandırdı. Bu mövqe ATƏT-in Minsk qrupunun üzvü olan İsveç Krallıgının Ermənistan-Azərbaycan müharibəsinin nəticələri ilə baglı yeni siyasətinin müəyyənləşdirilməsində rol oynaya bilər və əgər İsveç hökümti bu mövqeyində israrlı olsa bu mövqeyi ilə ATƏT-in Minsk qrupunun 1992-ci ildən indiyə qədərki nəticəsiz fəaliyyətinin dəyişməsinə səbəb ola bilər. Avropa Birliyinin bir üzvü kimi İsveç hökümətinin Erməni iddialarını birmənalı şəkildə dəstəkləməməsi həm Avropa birliyinin, həm ATƏT-in Minsk qrupunun fəaliyyətində və bundan sonrakı siyasətində yeni ədalətli baxışın və mövqenin formalaşdırılmasına səbəb ola bilər. Stefan Lövhenin cıxışı Ermənistan-Azərbaycan müharibəsinə və saxta erməni soyqırımı iddiasına yeni baxışı, yeni prizmadan yanaşmnı əks etdirir ki, biz illər boyu məhz bunu gözləyirdik. İşgalçı, terrorist Ermənistn dövlətinin maraqlarınıı birtərəfli şəkildə Xristian təəssübkeşliyindən irəli gələn baxışla müdafiə etməklə və saxta erməni soyqırımı iddilarını tanımaqla əslində Avropa Birliyi öz tarixinə, öz ideyalarına xəyanət edir. Renessans ideyalarının, İnsan haqları, azadlıq, bərabərlik, ədalət, demokratiya prinsiplərini özü ayaqlar altına alır. Stefan Lövhe kimi praqmatik siyasətçilər bunun fərqindədir.Ermənistan-Azərbaycan müharibəsinə münasibətdə ədaləti qorumaq elə Avropa prinsiplərini qorumaqdır. Biz de elə bunu istəyirik. Bu ədalətli yanaşmaya dəstək vermək, bu mövqenin isveç hökümətinin dəyişməz siyasətinə çevrilməsi üçün İsveç höküməti təmsilçiləri ilə görüşrək onları problemlərimizlə baglı daha cox bilgiləndirmək məqsədilə biz İsveç Krallıgına səfər etdik. Səfərin məqsədi İsveç hökümətinin Qarabagın və 7 rayonun Ermənistan-Rusiya işgalından azad edilməsi ilə baglı siyasətinin Azərbaycan maraqları çərçivəsində formalaşmasında rol oynamaga çagırmaq, onların diqqətini Ermənistandan deportasiya edilmiş 200 min Ermənistan vətəndşları olan Azərbaycan türklərinin Ermənistana qayıtmaq istəklərinə yönəltmək, Ermənnistandn qaçmış soydaşlarımızın Ermənistana qaytarılması məsələsini İsveçin Avropa Birliyində qaldırmasına çalışmaq idi. Səfəri 2002-ci ildə Stokholmda təsis edilən İsveç Azərbaycan Qarabağ Cəmiyyəti təşkil etmişdi. Cəmiyyətin təşəbbüsü ilə İsveçdə “28 May Həftəsi” adı altında gerçəkləşən bu səfər ərzində İsveç Xarici İşlər Nazirliyində, İsveç parlamenti Rikstaqda səmərəli görüşlərimiz oldu. Bu səfərin proqramında iki əsas məqsədi var idi. Bir İsveç Xarici İşlər Nazirlyinin əməkdaşları və İsveç Parlamentinin nümayəndələri ilə görüşərək Qərbi Azərbaycan problemini, Qərbi Azərbaycandan etnik təmizləmə və soyqırıma məruz qalmış Azərbaycan türklərinin vəziyətinin müzakirəsi, eyni zamanda Azərbaycan- Ermənistan muharibəsi zamanı işgal olunmuş Qarabağın gələcəyi və statusu ilə baglı İsveç dövlətinin, hökümətinin münasibətinin öyrənilməsi və \”28 May Həftəsi\” proqramı cərcivəsində təşkil olunmuş konfranslarda çıxışlar etmək, məruzələr söyləmək idi. Mayın 26-dan 29-dək İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa Departamenti rəhbərliyi ilə, Parlamentin Yaşıllar fraksiyasında, həmçinin nazirliyin Türkiyə Departamentində və Sosial-demokratlarla görüşlərimiz oldu. Görüşlərdə bizi İsveç Azərbaycan Qarabağ Cəmiyyətinin təmsilçiləri Abdulla Əmir Haşimi, Rza Qaraçaylı və Ayda Əmir Haşimi müşayiət edirdi.
Ayın 27-də isə Qarabağ Cəmiyyətinin təşkil etdiyi “ 28 May dəyərləri” adli konfransda Ümid Partiyasının sədr müavini Rüfət Muradlı ilə bərabər məruzəçi kimi çixişlar etdik və Azərbaycan diaspor nümayəndələrini düşündürən sualları cavablandırdıq. Soydaşlarımızla, İsveçdəki Azərbaycan cəmiyyətlərilə də ayrı-ayrılıqda görüşlərimiz oldu. “28 May həftəsi” tədbirləri çərçivəsində ölkəmizin İsveçdəki səfirliyinin Şeraton hoteldə təşkil etdiyi bayram mərasiminə, eyni zamanda İsveç Azərbaycan Əməkdaşlıq Birliyi( SWAZCO) tərəfindən keçirilən “28 May” seminarına qatıldıq. Beləliklə, biz bu səfərin proqramında nəzərdə tutulmuş İsveç höküməti və parlamentinin təmsilçiləri ilə görüş və diaspor nümayəndələrinin təşkil etdiyi \”28 May həftəsi\” ndə iştirak etməklə proqramı ugurla başa vurduq.
Kimlərlə görüşə bildiniz , müzakirələr hansı səpgilərdə getdi?
Mayın 26- da İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Petra Larke ile görüşdük. Şərqi avropa və Mərkəzi Asiya departamenti, İsveç hökümətinin Ukrayna, Azərbaycan və Ermənistan ölkələri ilə baglı siyasətinin müəyyənləşməsində əsas rol oynayır. Bu görüşdə Xarici İşlər Nazirliyinin bir çox nümayəndələri- İnsan Haqları və Ərazi Bütövlüyünə Qarşı Qəsd problemləri ilə baglı deprtamentin, Beynəlxalq Məhkəmələrlə, Beynəlxal hüquqla, İnsan haqlarıyla baglı fəaliyyət göstərən departmentin, Ukraynaya yardım və Azərbaycan- Ermənistan münasibətlərinin öyrənilməsi ilə baglı fəaliyyət göstərən departamentin təmsilçiləri də iştirak edirdi. Qeyd edim ki, Erməni diasporunun qəzəb və təzyiqlərinə məruz qalmamaq üçün onlar adlarının açıqlanmamasını məslhət gördülər.
Burda diqqətimi çəkən o oldu ki, İsveç hökümətində yönəticilərin əksəriyyəti qadındır. Bu qadınların gənc olması da mənim diqqətimi çəkdi. Dərhal mən öz ölkəmlə İsveç ölkəsini müqayisə etdim. İsveç Krallıgı insan haqları, hüququn aliliyinə əsaslanan “qadınlar ölkəsi” kimi tanınır. Isveç krallıgı insan haqları, hüququn aliliyinə əsaslanan “qadınlar ölkəsi” kimi tanınır. “Qadınlar ölkəsi” xüsusiyyəti İsveç dövlət fələfəsində və sosial-psixoloji xarakterində əks olunmuşdur. “Qadınlar ölkəsində” siyasi kursun müəyyənləşməsində qadınlar da aktiv iştirak edir.Mənim ölkəm Dövlət Proqramında Gender bərabərliyi siyasətinə əməl etsə də sosial psixoloji şüurunda hələdə “Kişilər ölkəsidir”. Burda qadınların bütün sahələrdə fəaliyyətləri qanunla deyil,“mentalitet”, “ənənələr” adlı tabularla məhdudlaşdırılmışdır. “Kişilər ölkəsi”ndə Sosial-psixoloji şüurda qadın “insan” deyil məhz “qadındır” və hər şey bu anlayışla həll edilir. “kişilər ölkəsində” gender bərabərliyi qadınların hökümət strukturlarında ,Parlmentdə, partiyalarda rəhbər, sədr yox məhz müavin təyin edilməsi ilə qorunmaqdadır. “Kişilər ölkəsi”ndə siyasi kursun müəyyənləşməsində qadın iştirak etmir, o icraçı funksiyası daşıyır,yəni onun üçün müəyyənləşdirilmiş proqramda sadəcə icraçıdır. Təbii ki mən buna qarşıyam. Hakimiyyət tam bölünməlidir. Həm Hökümət strukturlarında həm partiyalarda Prezident kişidirsə onda parlamentin və ya məhkəmə hakimiyyətinin başqanı qadın olmalıdır,partiyalarda sədr qadındırsa , məclisin və ya NTK-nın başqanı kişi olmalıdır.Bu tam bərabərlik və balans siyasətidir. Biz bunu mənimsəməliyik. Yəni Siyasi Kursun müəyyənləşməsində qadının iştirakı tam təmin olunmalıdır.Parlamentdə təmsilçilik 50% qadın, 50% kişi olmalıdır.Mənim arzuladıgım və qurmaq istədiyim ideal Azərbaycan toplumu və ölkəsi nə “Qadınlr ölkəsi”dir, nə “Kişilər ölkəsi”dir. “Qadınlar ölkəsi”ni müasir Qərb təfəkkürü, “Kişilər ölkəsi”ni Şərq təfəkkürü təmsil edir. Mənim arzuladıgım toplum Türk təfəkkürünü,Türk identikliyini təmsil edən, insan haqlarına və şəxsi yetənəklərə əsaslanan tam bərabərlikdir,balansdır. Mən bu görüş, tanışlıq ərəfəsində tez belə bir müqayisə apardım öz düşüncələrimdə.
Görüşdə nələr müzakirə olundu? Qeyd edim ki, Petra Larke Şərqi Avropa, Mərkəzi Asiya, Ukrayna , Azərbaycan və Ermənistan ölkələrinin İsveç krallıgı və həmçinin Avropa Birliyi ilə siyasi münasibətlərinin qurulması, tənzimlənməsi məsələləri ilə məşğul olur, bu ölkələrin Avropa Birliyi ilə münasibətlərini öyrənir. Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin formalaşmasında onun da iştirakı, rolu, mövqeyi var. İlk müzakirə mövzumuz Ermənistandan deportasiya olunmuş qaçqınlar və Qarabağ məsələsi oldu. İsveç höküməti ATƏT-in Minsk qrupunun üzvüdür və buna görə də problemin həll olunmasında siyasi-hüquqi öhdəlikləri var.
İsveç Qarabağ Cəmiyyətinin bizi dəvət etməsində də əsas məqsəd bu idi ki, İsveç hökümətinin Qarabağ məsələsi ilə bağlı siyasətinin formalaşdırılmasında bizim görüşlərin təsiri olsun. Görüş əsnasında biz Petra Larkedən xahiş etdik ki, İsveç höküməti ATƏT-in Minsk qrupunda öz hüquqlarından istifadə edərək 23 ildir ki, dəyişməyən formatın dəyişdirilməsinə nail olsun və məsələyə yeni kontekstdən baxılsın. Yeni kontekst nədən ibarətdir? Bunu izah etmək üçün istərdim bir haşiyə çıxım. Məlumdur ki,İndiyə qədər ATƏT- in Minsk qrupunun fəaliyyətində daim Qarabaga hər hansı statusun verilməsindən danışılmışdır. Təklif olunan bütün sənədlərdə və proqramlarda “Qarabagın statusu” müzakirə obyekti olmuşdur. Evvala Azərbaycan televiziyalarında, medyada, diplomatik nümayəndələrin, palitoloqların dilindən tez- tez eşidirik “Qarabag konflikti”. Fikrimcə bu ifadə işlədilməməlidir.Biz səhv edirik, bu yolverilməzdir. “Qarabag Konflikti” dedikdə iki məsələdə səhv edirik. Birincisi bu deyimdə Qarabag müstəqil siyasi subyekt kimi göstərilir, halbuki Qarabag unitar Azərbaycanın tərkib hissəsidir. ikincisi “Qarabag konflikti” yoxdur , Azərbaycan-Ermənistan müharibəsi var və Azərbaycan torpaqları Ermənistan və Rusiya birliyi tərəfindən işgal olunmuşdur. Biz “Qarabag konflikti” yox , Azərbaycan-Ermənistan müharibəsi deyimini işlətməliyik və belə qəbul etdirməliyik. Lakin ATƏT-in Minsk Qrupunun təklif etdiyi bütün sənədlərdə Mərhələli Həll,Paket Həll,Madrid prinsipləri proqramlarında “Qarabag” müstəqil subyekt kimi göstərilir və bu “subyektin” “statusu”ndan” danışılmqla əslində “müstəqilliyi”nə cəhd edilir. ATƏT-in Minsk Qrupunun fəaliyyətində Azərbaycan-Ermənistan müharibəsi nəticəsində işgal olunmuş Azərbaycan torpaqlarının işgaldan azad olması yox, “Qarabag konfliktindən” və “Konfliktin həlli ” üçün “Qarabagın statusundan” danışılır. Biz məhz bu nöqtədə uduzmuşuq və bu formatı dəyişməliyik. ATƏT-in Minsk qrupunun təklif etdiyi sənədlərin və danışıqların bu formatda olması bizim dövlət və millət maraqlarımıza ziddir. Bu ifadələrin işlədilməsinə yol verməyimiz bizim səhvimizdir. Biz səhvlərimizi düzəltməliyik.
Biz Xarici işlər nazirliyinin əməkdşları ilə danışıqlarda belə dedik ki, İsveç Krallıgı ATƏT-in Minsk Qrupunun fəaliyyətində dönüş yarada bilər və yeni format təklif edə bilər. Bu format ondan ibarətdir ki, Qarabag konflikti yoxdur, Ermənistanın Azərbaycan torpaqlarını işgal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan müharibəsi var və bu müharibənin nəticələri aradan qaldırılmalıdır. Birinci mərhələdə Ermənistanın işgal etdiyi Azərbaycan torpaqları işgaldan azad edilməlidir. Ikinci mərhələdə isə Azərbaycan vətəndaşları olan Ermənilərin statusundan və eyni zamanda Ermənistandan 1988-ci ildə Etnik təmizləmə və soyqırıma məruz qalmış Ermənistn vətəndşları olan Azərbaycan türklərinin statusundan söhbət gedə bilər. Ermənistandan deportasiya olunmuş türklər öz torpaqlarına,ölkələrinə qayıtmalıdır, Ermənistn hökümətinin idarə olunmasında və parlamentdə bərabərhüquqlu vətəndşlar kimi iştirak etməlidirlər. Ermənistan heç vaxt mono etnik dövlət olmayıb, bura qədim türk torpagıdır və yerli xalq öz ölkəsinə qayıtmalıdır. Əgər bu format qəbul ediləcəkə müharibə bitə bilər və Cənubi Qafqazda sülh və sabitlik təmin olunar. Biz görüşdə iştirak edən Ərazi bütövlüyünə qəsd və insan haqları məsələləri ilə məşgul olan ekspertlərdən xahiş etdik ki, Ermənistan vətəndaşları olan və müvəqqəti olaraq Azərbaycana sıgınan 200 mindən çox qaçqın türklərin hüquqlarının qorunmasında aktiv iştirak etsinlər. Ve soruşduq ki,sizin Ermənistan vətəndaşları olan qaçqınların hüquqları barədə bir fəaliyyətiniz və proqramınız varmı.
Biz qeyd etdik ki, Qarabağ Azərbaycan torpağıdır. Qarabağda ermənilərə hansısa xüsusi statusun verilmsindən söhbət gedə bilməz, yalnız Azərbaycan vətəndaşlarının malik oldugu bütün hüquqlar verilə bilər . bu isə o halda mümkün ola bilr ki, Ermənistanda da Ermənistandan etnik təmizləmə və soyqırıma məruz qalmış türklərə vətəndaşlıq hüquqları verilsin. Qarabagda yaşayan Azərbaycan vətəndaşları olan ermənilərə nə status veriləcəksə, Ermənistan vətəndşları olan Türklərə də eyni status verilməlidir. Belə olarsa Qafqazda dəngə siyasətinin qurulmasına nail oluna bilər. Bunu deyərkən Petra Larke, O cümlədən Xarici İşlər Nazirliyinin nümayəndələri çox təəccüb etdilər. Onlar soruşdular ki, məgər Ermənistanda türklər yaşayıb? Onlar qeyd etdilər ki, bunu bilmirlər və bu faktlar onlar üçün bir yenilikdir. Bu nəyi göstərir? Bu Azərbaycan diplomatiyasının 23 illik Qarabağ danışıqlarında sərgilədiyi yanlış mövqeyinin göstəricisidir. Deməli, Azərbaycan höküməti hələ danışıqlarda bu predmeti işə salmayıb və bundan istifadə etməyib. Bu yarıtmaz diplomatik fəaliyyətin nəticəsidir.
Xarici İşlər Nazirliyi əməkdaşlarının diqqətinə çatdırdıq ki, Ermənistan dövləti tarixi Türk torpaqları olan İrəvan xanlıgı ərazisində qurulub və son yüzildə yerli Azərbaycan türkləri etnik təmizləmə və soyqırım nəticəsində bu bölgədə tamamilə məhv edilib. Yerli Türklər Ermənistandan 4 dəfə kütləvi şəkildə deportasiya olunub; 1905-20- ci illər, 1948-53- cü illər, 1988- ci illər. Bu 3 mərhələdə minlərlə insan kütləvi halda yurd yuvasından qovulub, Əvəzində isə Suriyadan, livndan, Avropadan , Amerikadan ermənilər bu torpaqlara köçürülüb və Tarixi türk torpaqları olan İrəvan xanlığında etnik deportasiya və soyqırım həyata keçirilməsi nəticəsində ermənilərin xeyrinə demoqrafik, etnik disbalans yaradılıb və nəticədə Azərbaycan torpagında Ermənistan dövləti qurulub. İndi ATƏT- in Minsk qrupunun fəaliyyətində həmin insanların indi Ermənistan adlanan torpaqlarına, öz tarixi vətənlərinə -Qərbi Azərbaycana qaytarılması və onlara statusun verilməsi məsələsi gündəmə gətirilməlidir. Biz qeyd etdik ki, Ermənistan monoetnik dövlət ola bilməz. Hal -hazırda Azərbaycanda çoxlu Ermənistan vətəndaşları olan türklər var və onlar Ermənistana qaytarılmalıdır.
Danışıqlar zamanı mən Ermənistan vətəndaşlıgımı bildirən şəxsiyyət vəsiqəmi Xarici İşlər Nazirliyində görüşdüyümüz şəxslərin qarşısına qoydum. XİN əməkdaşlarından xahiş etdim ki, insan haqlarını müdafiə edən şəxs kimi bundan sonrakı fəaliyyətlərində Ermənistandan qovulmuş 200 min insanın haqlarının Avropa Birliyi çərçivəsində qorunmaına yardım etsinlər. Eyni zamanda Ərazi bütövlüyünə qəsd problemləri ilə baglı fəaliyyət göstərən departament təmsilçiləinə müraciət edərək bildidik ki, Azərbaycan türklərinin ərazi bütövlüyünə qəsd olunub son yüzildə Azərbaycan torpagı üzərində Ermənistan dövləti qurulub və SSRİ dövründə bu dövlətin sərhədləri Azərbaycanın yeni-yeni torpaqlarını qəsb etmklə genişlənib və 1988-ci ildən etibarən də Qarabağ və 7 ətraf rayon işğal edilib, bləliklə son yüzildə ərazi bütövlüyümüzə qəsd olunub Ermənistan yaranıb. Bu departamentin fəaliyyətində bunlar əks olunubmu və nəzərə alınırmi, İsveç hökümətinin mövqeyi bu məsələlərlə baglı nədən ibarətdir ,necə formalaşmışdır. Eyni zamanda, görüşdə iştirak edən beynəlxalq məhkəmələrlə işləyən ekspertdən soruşdum; Ermənistandan qovulmuş Ermənistan türklərinin torpaqları, əmlakları, evləri müsadirə olunub, beynəlxalq məhkəmələrdə onların haqlarını müdafiə etmisinizmi bu vaxta qədər? Və mən sübut olaraq öz doğulduğum kəndin şəklini qoydum qarşılarına. Hətta, xəritədə öz evimizi onlara göstərdim, dedim bu kənd, bu mülklər bizimdir. İndi siz bunu da müdafiə edin.
Biz xahiş etdik ki, ATƏT -in Minsk qrupunun üzvü olan bir ölkə kimi İsveç höküməti bu qrupun fəaliyyətində yenilik etsin. Bu yenilik nədən ibarət ola bilər? Qarabağda ermənilərin statusundan danışılırsa Qərbi Azərbaycanda da, yəni indiki Ermənistanda da yerli türklərin statusundan danışılmalıdır. Lakin, Petra Lörkenin çıxışı bizi olduqca məyus etdi. Petra Lörke bildirdi ki, İsveç hökümətinin Azərbaycan-Ermənistan müharibəsinin nəticələrinin aradan qaldırılması ilə baglı müstəqil bir siyasəti və proqramı yoxdur. İsveç höküməti ATƏT- in Minsk qrupunun fəaliyyətində Avropa parlamentinin və Avropa Şurasının ümumi baxışlarını və mövqeyini əks etdirən bir münasibət sərgiləyir. Petra Lörke həmçinin qeyd etdi ki, bizim münasibətimiz İsveç höküməti olaraq ATƏT-in Minsk qrupunun təklif etdiyi Madrid prinsiplərini dəstəkləməklə qurulmuşdur. Mən Petra Lörkeyə çatdırdım ki, Madrid prinsipləri ikili standartalara əsaslanır və bu prinsiplərin əsasları düzgün deyil, Azərbaycan türklərinin mövqeyini ifadə etmir. Madrid prinsiplərində iki əsas prinsip var; 1.xalqların öz müqəddaratını təyinetmə haqqı, 2. ərazi bütövlüyünün və sərhədlərin dəyişilməməsi prinsipi. Görürsünüzmü ikili prinsipi , ərazi bütövlüyü, sərhədlərin dəyişilməməsi məsələsi Azərbaycana aid edilir, xalqların öz müqəddaratını təyin etmə hüququ isə ermənilərə şamil edilir. Bir sözlə Madrid prinsipləri Qarabağla bağlı Ermənistan-Azərbaycan müharibəsinin həllində heç bir yenilik etmir və bu prinsiplərə görə edə də bilməz. Əksinə Madrid prinsipi konflikti dondurmağa səbəb olur ki, bu da müharibənin uzadılmasına, mövcud status-kvonun qorunub saxlanılmasına xidmət edir. Təbii ki, biz Petra Lörkenin simasında İsveç hökümətinin bu mövqeyinə etiraz etdik. Və bu prinsiplərin bizim maraqlarımıza heç vaxt cavab verməcəyini qeyd etdik.
Biz bir daha qeyd etdik ki, Qarabağın statusundan söhbət gedə bilməz, çünki, Qarabağ dəyişməz olaraq Azərbaycan torpağıdır. Lakin, Qarabağda Azərbaycan vətəndaşı olan emənilərin statusundan o şərtlə söhbət gedə bilər ki, Ermənistan vətəndaşı olan Qərbi Azərbaycanlı türklərin də statusu eynilə təyin edilsin.
İsveç Xarici İşlər Nazirliyində görüşdə Petra Lörke qeyd etdi ki, İsveç hökümətinin Ermənistan-Azərbaycan müharibəsinin həllində özünün ayrıca heç bir proqramı yoxdur. Amma, o, Avropa Birliyi daxilində bu bölgəyə yardım edə bilər. Xatırladıram ki, 1987-ci ildə Avropa Parlamenti saxta “erməni soyqırımı” iddiasını tanımışdı və “soyqırımı tanımaqla” Avropa Birliyinin, Avropa Şurasının Ermənistan-Azərbaycan müharibəsində Ermənistanın tərəfində oldugunu göstərmişdi və və bu addımı ilə əslində Qarabagın işgal edilməsinə, Xocalı soyqırımının törədilməsinə öz xeyir-duasını vermişdi.
Mən bu görüşdə bir daha əmin oldum ki, Avropa parlamentinin, Avropa Şurasının və onun bir üzvü olan İsveç hökumətinin Azərbaycana münasibəti birmənalı deyil, o cümlədən də ABŞ -nın. Onlar Azərbaycanla əməkdaşlıq etsələr də görünən budur ki, Ermənistanı müdafiə edirlər və ermənilərin üstünlüyünün süni şəkildə qorunub saxlanılmasına çalışırlar. Azərbaycan torpagı olan Qarabagda ikinci ermən dövlətinin qurulmasına çalışırlar. Bütün bu faktorun arxasında isə türk-müsəlmanlara qarşı xristian həmrəyliyi və Hind-Avropa irqçiliyinə əsaslanan kimlik düşüncəsi dayanır.
Baxın, necə olur ki, bir ölkənin Ermənistan-Azərbaycan müharibəsinin həllində heç bir proqramı olmur, amma bu ölkə ATƏT-in Minsk qrupunun üzvü olaraq bu problemin həll olunmasında iddiaçı rolu oynayır və özünün bir ölkə kimi hələ ayrı müstəqil siyasəti formalaşdırılmır. Bu paradoksal hal deyilmi…
Sizə görə bu nədən qaynaqlanır?
Azərbaycanı yaxşı tanımamaqlarından, müharibəyə biganə yanaşmalarından, əksinə bu bölgələrdə konfliktlərin olmasında maraqlı olmalarından. Çünki, konflikti olan hər bir ölkə Avropa Birliyindən və Avropa Şurasından asılı olur. Nə qədər asılı oluruqsa sərvətlərimizi bir o qədər rahat sömürərlər, bizi bir o qədər rahat idarə edə bilirlər.
Əgər belədirsə bizim ümidlərimiz boşuna itirilmiş vaxt itkisi olmayacaqmı? Necə illərdir nəticəsiz danışıqlar gedir və biz hələ də məsələnin diplomatik yolla həll olunacağına ümid etməyə davam edirik…
Mən hesab edirəm ki, biz bu danışıqlarda ölkə olaraq yaxşı iştirak etməmişik. Bizim diasporumuz zəif işləyib, ölkələrlə müstəqil şəkildə işləməmişik, ölkə olaraq məsələnin qoyuluşunu düzgün təşkil edə bilməmişik. Mənə görə məqsədlərinə doğru daim rasional şəkildə addım atan, çalışan bir millət konfliktlərin həllində böyük rol oynaya bilər və müharibədən çıxar. Mən ümidimi üzməmişəm, belə düşünürəm ki, çox çalışmalıyıq. Məsələn, diqqət etdinizmi, görüşlərimizdə məlum oldu ki, onların heç xəbəri yox idi ki, 1988 -də Ermənistandan Azərbaycan türkləri qovulub və hal- hazırda Azərbaycanda 200 mindən cox Ermənistan vətəndaşı olan qaçqın var. Onlar qeyd etdilər ki, biz indiyə qədər bunu bilmirdik. Bizim bu bilgini verməyimiz onlar üçün yeni idi.
Onların bu etiraflarda səmimi olduğuna inandınızmı?
Bəli, onlar dedilər ki, bu yenilikdi. Mayın 27-də biz Yaşıllar fraksiyasında da olduq. İsveç parlamentində iki əsas partiya çox aktivdir və fraksiyaya sahibdir. Birinci Yaşıllar partiyası, ikinci də Sosial- Demokrat partiyası.Sosial demokrat prtiyası səslərin çoxlugunu əldə edib və yaşıllar Partiyası ilə koalisiya qurmuşlar. Hər ikisi İsveç ölkəsinin qanunvericiliyinin formalaşmasında, siyasətinin müəyyənləşməsində yaxından iştirak edirlər. Biz Yaşıllar fraksiyasının təmsilçisi Valter Mat ilə görüşdük. Ermənistandan 200 mindən cox yerli türkün 1988- ci ildə Qarabağ müharibəsində öz yurd-yuvalarından qovulduqlarını, son yüz ildə türklərə qarşı etnik təmizləmə və soyqırım həyata keçirilməklə Ermənistanın monoetnik dövlətə çevrildiyini qeyd etdik. Xarici İşlər Nazirliyində söylədiklərimizin eynisini demək olar ki, burda da söylədik. Və qeyd etdik ki, indi həmin 200 min Ermənistan vətəndaşı olan Azərbaycan türkləri öz torpaqlarına qayıtmaq istəyir. İsveç İnsan haqlarının qorunmasında fəal rol oynayan ölkə kimi Ermənistandan qovulmuş qaçqınların torpaqlarına qayıtmasına yardım etsin. Onların səslərini Avropa Parlamentində, Avropa Şurasında qaldırılmasına çalışsın. Yaşıllar partiyasının üzvü olan Valter Mat bildirdi ki, indiyə qədər bu haqda heç bir məlumatı olmayıb. Və belə göründü ki, onun da Ermənistandan qovulmuş, deportasiya olunmuş türklər haqqında heç bir məlumatı yox idi və bu həmçinin bu onun üçün bir yenilikdir. Yenə də mən öz Ermənistan vətəndaşlığını bildirən şəxsiyyət vəsiqəmi ona təqdim etdim və o gördü ki, mən bir Ermənistan vətəndaşıyam. Mən dedim ki, 1988-ci ildə Ermənistandan qovulmuş qaçqınların təmsilçisiyəm, və onların adından danışıram. Biz Ermənistana, öz torpaqlarımıza qayıtmaq istəyirik. Biz Ermənistana qayıtmaqla evlərimizdə yaşamaq istəyirik, orda Ermənistan parlamentində fraksiyamızı qurmaq istəyirik, Ermənistan hökümətində təmsil olunmaq istəyirik. Ermənistan məhkəməsində, icra hakimiyyətlərində iştirak etmək istəyirik. Çünki, bu torpaqlar bizimdir, biz oranın əzəli sahibləriyik. Valter Matdan xahiş edirik ki, bizim səsimizi İsveç parlamentində, Avropa parlamentində, Avropa Şurasında qaldırsın, Ermənistan vətəndaşı olan Azərbaycan türklərinin öz torpaqlarına qayıtmasında bizə yardım etsin.
Bizim Yaşıllar fraksiyası ilə görüşümüzdə birinci məsələ kimi Ermənistanda etnik təmizlənməyə məruz qalmış türklərin Ermənistana qayıdışı, Qarabağ danışıqlarında ATƏT -in Minsk qrupunun fəaliyyətində ermənilərə Qarabağda veriləcək statusla bərabər Ermənistan vətəndaşı olan Azərbaycan türklərinə də Ermənistanda eyni statusun verilməsi, Ermənistanın monoetnik dövlət olmasının beynəlxalq hüquqa, insan haqlarına zidd olması məsələlərini qaldırdıq. Görüşdə Valter Mat İsveç hökümətinin və cəmiyyətinin Azərbaycana olan münasibətini iki cümlədə izah etdi. “Sizin ölkəniz bir İslam ölkəsidir və orda diktatura hakimdir”. Bu cümlə İsveç parlamentinin, İsveç ölkəsinin siyasətini formalaşdıran şəxslərin Azərbaycana olan baxışını əks etdirirdi və İsveç ölkəsinin Azərbaycan siyasətinin fəlsəfəsini açıqlayan bir münasibət idi. Valter Mat qeyd etdi ki, Yaşıllar partiyası İsveç vətəndaşı olan müsəlmanlara qarşı “sərt münasibətin” yumşaldılmasına çalışır. Əslində bununla o İsveçdə də digər Avropa ölkələrində oldugu kimi İslamafobiyanın oldugunu biruzə vermiş oldu. O, Yaşıllar hərakatının son illərdə Avropada formalaşmış İslamafobiya siyasətinin aradan qaldırılmasına, müsəlmanlara Avropa ölkələrində müsbət fikir formalaşdırılmasına çalışdığını qeyd etdi. İslamafobiyanın kökündə nə durur? Avropa ölkələrinə və Amerikaya görə müsəlmanlar terroristdir. Qeyd edim ki, burda İslam ölkəsi olan Azərbaycan diaspor təmsilçilərinin üzərinə daha yeni bir vəzifə düşür. Biz bütün dünyada təbligat aparmalıyıq ki, Qafqazda terrorizmlə məşgul olanlar həmişə məhz xristianlar, xristian ermənilər olublar. İrəvan Xanlığında erməni dövləti necə quruldu? İrəvan Xanlığında yaşayan bütün türklərin soyqırıma uğradılması ilə Ermənistan dövləti qurulmadımı… Onda demək olarmi ki, bütün xristianlar terrorla məşğul olurlar və bütün xristian dövlətləri terrorist dövlətdir. Artıq terrorizm anlayışının özünə də yeni bir baxış gətirilməlidir. Ermənistan dövləti söyqırımla məşgul olan terrorist bir dövlətdir, onun rəhbərləri də terroristdir. Biz dünyaya çatdırmalıyıq ki, Qafqazda, Azərbaycanda soyqırımı həmişə xristian ermənilər edib. Müsəlman Azərbaycan ölkəsi terrorist ölkə deyil. Amma, xristian Ermənistan dövləti terrorist bir dövlətdir, soyqırımı da bu dövlət və erməni milləti həyata keçirir. Və tarixən belə olub ki, soyqırımların həyata keçirilməsi birbaşa erməni kilsələri və katalikosları tərəfindən əmr edilmişdir. Və Xristian Kilsələr Şurası, Vatikan, Papa da xristian erməni terrorizmini dəstəkləyir.Qeyd edim ki, BMT- nin “Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyası var. BMT – nin genosid cinayətlərinin qarşısınının alınması və cəzalandırılması haqqında konvensiyasının 4- cü maddəsində nəzərdə tutulub ki, soyqırım törətmiş şəxslər cəzalandırılmalıdır. Hal- hazırda Xocalıda, Qarabağda soyqırım törətmiş şəxslər Zori Balayan, Köçəryan, Sarkisyan nədən Beynəlxalq İnsan Haqları Məhkəməsində cinayətkar şəxs kimi cəzalandırılmır. Nədən məhkəmə proseslərinə cəlb olunmur, axı bu şxslərin soyqırım törətməsi haqda yüzlərlə fakt var. Hətta, Zori Balayan öz dili ilə etiraf edir ki, mən bir türk cocuğunun diri-diri dərisini başına qədər soymuşam. Bəs nədən xristian Zori Balayan terrorist adlandırılmır, nədən onun barəsində BMT- nin bu haqda qanunu tətbiq olunmur. Nədən İnsan haqları təşkilatları bu şəxslərin tutularaq cəzalandırılmasına çalışmır. Madam İsveç höküməti soyqırım məsələsinə yenidən baxacağını bildirib, o zaman Zori Balayanın, Köçəryanın, Sarksyanın da türkərə qarşı soyqırım həyata keçirdiyini, Xocalıda soyqırım etdiyini, 100 ildi ermənilərin İrəvan Xanlığında soyqırım həyata keçirdiklərini də öyrənsinlər. Və Avropa Birliyinin üzvlərini bu barədə məlumatlandırsınlar. Avropa Birliyinin siyasətinin formalaşmasında iştirak etsinlər. Eyni zamanda türklərə qarşı soyqırımın həyata keçirməsini əmr edən erməni katalikosları da cəzalandırılsınlar. Biz İsveç ölkəsindən bunu umuruq.
ATƏT- -in Minsk qrupunun üzvü olan İsveç ölkəsinin öhdəsində Azərbaycan Ermənistan müharibəsinin nəticələrinin aradan qaldırılmasında, işgalçıların cəzalandırılmasında vicdanlı seçim, qaçqınların insani haqlarının qorunması ədaləti qoruma məsələsi var. Əgər İsveç ölkəsi bu bəşəri meyarları qorumaq istəyirsə hansı ki, biz buna ümid edirik, o zaman BMT- nin bu qanunun həyata keçirilməsinə çalışmalıdır. Azərbaycan torpaqlarında soyqırım həyata keçirmiş Zori Balayanın, Köcəryanın, Sarkisyanın cəzalandırılmasına çalışılmalıdır. Avropa Birliyi bu məsələlərə biganə qala bilməz, qalmamalıdır. Bu tələblər ödənilərsə ATƏT-in Minsk qrupunun fəaliyyətində İsveç dövləti səmərəli fəaliyyət göstərə bilər.
Görüş əsnasında Valter Mat etiraf etdiki, İsveçdə erməni diasporu çox güclüdür və erməni maraqlarına zidd mövqe sərgiləyən istənilən hökümət və parlament təmsilçiləri güclü təzyiqlərə məruz qalır. Məhz buna görə də onlar “erməni qəzəbi”nə tuş gəlməkdən ehtiyat edirlər. Valter Matla görüşdən pozitiv ruhla, ümidlə ayrıldıq. Onda şovinizmin yox, rasional aglın, siyasi işgüzarlıgın, dialoq mədəniyyətinin oldugu dərhal sezilirdi. Valter Mat məsələlərə obyektiv mövqe sərgiləməyə çalışırdı, ən azı ermənipərəst bir millət vəkili deyildi. Valter Mat kimi siyasətçilərlə işgüzar əlaqələr qurulsa o Azərbaycanın dostu ola bilər. Deməli biz milli maraqlarımızı qorumaq məqsədilə ruhdan düşmədən belə insanlarla davamlı işləməliyik. O da etiraf etdi ki, Ermənistandan qovulmuş türk qaçqınlar haqda heç bir məlumata sahib deyil.
May ayının 28-də İsveç XİN-nin Türkiyə ilə Əlaqələr Departamentində görüşdə olduq. Bu departamentdə qaldırdığımız əsas məsələ Avropa Birliyi, Avropa Şurası, Avropa parlamenti və onun bir üzvü olan İsveç hökümətinin Ermənistanla sərhədlərin açılmasıyla bağlı Türkiyəyə göstərdikləri təzyiqlərlə baglı idi . Avropa ölkələri illərdir həm saxta soyqırım məsələsi ilə bağlı, həm də Ermənistanla-Türkiyə sərhədlərinin açılması ilə baglı Türkiyəyə təzyiq göstərirlər. Məlumdur ki, Qarabag və ətraf 7 rayon Ermənistan tərəfindən işgal olunduqdan sonara Türkiyə Ermənistanla münasibətlərini kəsmiş, Ermənistanla sərhədlərini baglamışdır. Blokada vəziyyətinə düşən Ermənistana İran və Rusiya kömək etsədə Avropa Birliyi Türkiyəyə təzyiq göstərərək Ermənistanla sərhədlərin açılmasına çalışır və bununla da dolayı yolla Azərbaycan torpalarını işgal edən Ermənistana dəstək verilir. Biz dedik ki, nədən bəs siz, Azərbaycan Ermənistan sərhədlərinin açılmasına çalışmırsız. Nədən siz Ermənistan hökümətinə təzyiq etmirsiz ki, Ermənistandan deportasiya olunmuş Azərbaycan türkləri öz torpaqlarına qaytarılsın. Türkiyə ilə Ermənistan sərhədləri yalnız o halda açıla bilər ki, Ermənistandan deportasiya olunmuş Azərbaycan türkləri Ermənistana qaytarılsın və bu baş verdikdə Ermənistan Azərbaycan sərhədləri də açıla bilər. Və biz onların nəzərinə çatdırdıq ki, əgər siz istəyirsinizsə ki, Ermənistan Rusiyanın Qafqazda forpostu olmasın, əgər siz istəyirsinizsə Ermənistan Avropaya inteqrasiya olunsun, o zaman Ermənistan beynəlxalq hüquq prinsiplərinə əməl etməli, Azərbaycanda qaçqın vəziyyətində yaşayan Ermənistan vətəndaşları olan türklər yenidən Ermənistana qayıtmalı, Qarabağ və ətraf 7 rayonu azad edilməlidir. Yalnız bundan sonra, Türkiyə ilə Ermənistan sərhədi açıla bilər və eyni zamanda Ermənistan Azərbaycan sərhəddi də açıla bilər.Ümid partiyasının sədr müavini Rüfət Muradlı qeyd etdi ki, yalnız bu vəziyyət təmin olunduqdan sonra Ermənistan Avropaya, Türkiyə və Azərbaycan vasitəsilə inteqrasiya oluna bilər. Biz məsələni belə qoyduq ki, Qərbi Azərbaycan qaçqınlarının Ermənistana qayıtması ilə həm Ermənistan-Azərbaycan müharibəsinin həllində, həm də ümumən Qafqazda tarazlıq və dialoq yaranar. Problem Azərbaycan və Türkiyəyə təzyiq göstərməklə deyil, tarazlıq siyasətini dəstəkləməklə həll oluna bilər. Bu görüşdə də etiraf edildi ki, Ermənistandan 200 min Azərbaycan türkünün qovuldugu və bu qaçqınların Ermənistan vətəndaşı olmaları, Ermənistana qayıtmaq tələbləri etmələri onlar üçün yeni bir məlumatdır. Və biz orda bir məsələni də qeyd etdik ki, bəs bu 200 min Ermənistan vətəndaşı olan türklərin hüquqlarını kim qoruyacaq? Nədən onların haqları BMT və Avropa parlamenti səviyyəsində qorunmur. Biz xahiş etdik ki, İsveç höküməti onların haqlarının qorunması üçün bizə yardım etsin.
Biz bilirik ki, İsveç saxta erməni soyqırımını tanımışdı, lakin, bu il bir yenilik də oldu. İsveç höküməti İsveç parlamentində bu məsələyə yenidən baxacağını dilə gətirmişdi. Biz də Türkiyə ilə Əlaqələr Departamentinə xahiş etdik və təklif verdik ki, İsveç höküməti olaraq Avropa parlamentində, Avropa Birliyində bizim bir tələbimizi çatdırsınlar ki, saxta erməni soyqırımı ilə baglı bir seminar keçirilsin və bu seminarda dünya tarixçiləri, siyasətçiləri iştirak edərək saxta soyqırım mifinə münasibət bildirsinlər.
Həm Yaşıllar fraksiyasındakı görüşümüzdə, həm Sosial- demokratlarla görüşümüzdə, həm də Xarici İşlər Nazirliyi ilə görüşümüzdə 4 təklifimiz oldu.
1. Qarabağ danışıqlarında ermənilərə Qarabağda nə status veriləcəksə Ermənistanda Azərbaycanlılara da eyni statusun verilməsi gündəmə gətirilsin.
2. ATƏT-in Minsk qrupunun fəaliyyətində Ermənistan türklərinin statusu məsələsi qaldırılsın və onların geri qaytarılması məsələsinə yenidən baxılsın.
3. Soyqırımın araşdırılması məqsədilə İsveç höküməti Avropa Birliyi parlamentində komissiya yaradılması təklifini irəli sürsün.
4. Avropa Birliyinin Türkiyəyə Ermənistanla sərhədlərin açılması ilə bağlı təzyiqləri dayandırılsın. Ermənistandan qovulmuş yerli türklərin öz torpaqlarına qaytarılması ilə baglı Ermənistana təzyiqlər olunsun.
Bu kimi həqiqətlərin çatdırılmasında İsveçdəki Azərbaycan diasporasının fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? Erməni soyqırımı yalanının tanıdılması və ümumiyyətlə ortaq mənafeələrimizin təbliği məsələsində Türkiyə və Azərbaycan diasporunun birgə fəaliyyət prinsirləri və planı varmı ? Necə göründü sizə ?
Məsələn İsveç Qarabağ Cəmiyyəti bir Azərbaycan diaspor təşkilatıdır. Bu görüşləri onlar təşkil etmişdilər və görüşlər çox profesional təşkil olunmuşdu. O cümlədən onların fəaliyyəti də çox profesional idi, qurumun başqanı Abdulla Haşimi Cavanşir bəy özü də olduqca profesional siyasətçidir. Onun Güney Azərbaycanda illərlə siyasi fəaliyyəti olmuşdur. Onun fəaliyyəti mənə deməyə əsas verir ki, Azərbaycan diasporu məsələlərə profesional və şüurlu yanaşır. Və onlar yaşadıqları ölkələrdə bu tipli görüşləri keçirməklə bu ölkələrin parlamenti və hökümətlərini Ermənistan-Azərbaycan müharibəsində mövqelərinin dəyişdirilməsinə təsir etməyə çalışırlar. Mən bu görüşləri çox müsbət qiymətləndirəm, eyni zamanda bu sözləri Mahmud Bilgin barəsində də, həmçinin Tribun jurnalının sahibi Əlirza Ərdəbili haqqında, Babək Azad, Səttar Sevgin haqqında, həmçinin İsveçdə fəaliyyət göstərən “Birlik”təşkilatı üzvləri Simin Səbri, Yunus Şamili,Süheyla Ezizi,Efsanə Sevgin Sayınqala, Səid Əzizi haqqında da demək istərdim. Ümumiyyətlə bizim qarşımızda aşagıdakı məsələləri həll etmək durur.
1.Güney Azərbaycanda insan haqlarının qorunması, etnik diskriminasiya, milli aşağılanma, dil haqları, insan haqları, milli haqların qorunması yönümündə ciddi fəaliyyət göstərmək, Güney Azərbaycan türklərinin Fars etnik diskriminasiyasına və İran İslam rejiminin zülmünə məruz qaldığını bütün dünyaya çatdırmaq, Güney Azərbaycanın dövlət mütəqilliyini bərpa etmək, istiqlalına nail olmaq və Quzey Azərbaycanla birləşmək.
2. Ermənistandan etnik təmizləmə və soyqırıma ugradılmış türklərin öz torpaqlarına qaytarılması, Ermənistanda muxtariyyət əldə etmək və burda kompakt yaşamaga nail olmaq.
3.Qarabağın və ətraf 7 rayonun Ermənistanın işgalından azad olunması;
4.Dərbəndin,Borçalının türksüzləşdirilməsinə qarşı milli müqavimətin təşkil olunması, bu ərazilərdə möhkəmlənmək, güclənmək və Azərbaycanın dövlət maraqlarını qorumaq.
5.Kərkükün Azərbaycan torpaqları olması haqda ictimai rəyin hazırlanması, Kürd işgalından azad olunması,Türkmən dövlətinin yaradılması və Azərbaycana birləşdirilməsi.
Məncə Azərbaycan diaspor təmsilçiləri bu məsələlərlə baglı fəaliyyətlərini formalaşdırmalıdırlar. Bu məsəlləri həll etdikdən sonra Millətləşmə-Dövlətləşmə prosesinin başa çatdıgını qeyd edə bilərik. Azərbaycan diasporu bu məsələlərin ətrafında işləməlidir. Biz İsveçdə fəaliyyət göstərən Dərnəklərin Federasiya başqanı Səttar Sevginlə, eyni zamanda Babək Azadla, Birlik təşkilatının təmsilçiləri olan Yunis Şamili bəy, Simin Səbri, Süheyla Əzizi, Səid Əzizi ilə də görüşüb bu məsələləri müzakirə etdik. Son illərdə görülən işlər mənə ümid verir deyəm ki, Azərbaycan diasporu bu məsələlərin həllində iştirak etməyə başlayıb. Amma əlbəttə ki, ümumi fəaliyyət qənaətbəxş deyil. Mən o zaman buna qənaətbəşx deyərəm ki, ən azı hansısa bir məsələnin həllində nəticələr əldə edilmiş olardı. Biz isə hələ heç bir nəticə əldə etməmişik. Hesab edirəm ki, bundan sonra Avropa ölkələrinin Azərbaycana qarşı fikrinin dəyişilməsində ,Azərbaycanla münasibətlərinin pozitivləşdirilməsində onların fəaliyyətləri bundan da güclü ola bilər. Ümid edirəm ki, güclü olmasına da calışaçaqlar.
Atəşkəsin əldə edildiyi vaxtdan 21 illik bir zaman məsafəsindəyik. Və ortada müsbət bir irəliləyişin olmamasına baxmayaraq biz yenə də dövlət olaraq münaqişənin siyasi- diplomatik yolla həllinə cəhd edirik. Bundan sonra məsələnin siyasi yolla həllinə ümid etmək sizcə nə dərəcədə doğrudur və yaxud biz ölkə olaraq başqa bir alternativ yol nəzərdə tutmalıyıqmı?
Bu danışıqlarda bir şeyi sezdim, məsələn Yaşıllar fraksiyasının üzvü qeyd etdi ki, bizim parlament və hökümət üzvləri tez- tez ermənilərin ciddi tənqidlərinə və təhdidlərinə məruz qalır. Erməni diasporu İsveçdə çox güclüdür, onların mövqeyindən çıxış etməyən hökümət və ya parlament üzvü daim bu diasporun təzyiq və təhdidi altında qalır. Təkcə Stokholmda 8 ortodoks xristian kilsəsi var ki, onların 8 -də Suriyalılara məxsusdur. İsveçdə xristian Suriyalılar, kürdlər, ermənilər birləşərək Türkiyə və Azərbaycana qarşı daim birgə mübarizə aparırlar və İsveç hökümətinin Türkiyə, Azərbaycan siyasətinin formalaşmasında aktiv iştirak edirlər. Diaspor kimi birgə hərəkət edir, əlaqələndirilmiş fəaliyyət göstərirlər. Təsəvvür edin ki, İsveçdə 35 min Azərbaycan türkü yaşayır. Lakin, Azərbaycan türklərində erməni, kürd və Suriya diaspor nüayəndələri ilə müqayisədə təşkilatlanma çox zəifdir.Təkcə Stokholmda yaşayan 30 min Azərbaycan türkü İsveç hökümətinə, parlamentinə hələ təsir edə bilməyib. Amma, Suriyalılar , kürdlər, ermənilər birləşərək təsir edə bilir. Təsəvvür edin İsveç Parlamentində 6 kürd deputat var, lakin bir dənə də olsun türk deputat yoxdur. Bu bizim siyasətimizin necə qurulduğunu göstərmirmi?
Nəyin nəticəsidir bu durum, təsir gücümüzün olmaması nədən irəli gəlir?
Bu bizim doğru- dürüst fəaliyyətimizin və proqramımızın olmamasının, milli problemlərimizə biganə yanaşmağımızın, siyasi şüurumuzun aşagı olmasının nəticəsidir. Türkiyə və Azərbaycan Suriyadan da , Ermənistandan da güclüdür və hələ ortalıqda bəlli başlı bir kürd dövləti də yoxdur. Lakin, olduqca aktiv kürd milləti faktoru var, aktiv Suriyalılar, aktiv Suriya xristian ortodoks kilsələri və bu kilsələrin aktiv rəhbərləri var. Əvəzində isə bizim müsəlman mollalarımızın nəinki aktiv , heç normal fəaliyyəti də görünmür. Nə üçün biz orda məscid qurmayaq, nə üçün bizim din xadimlərimiz xristian papazların oynadığı rolu oynamasın, bunlar yoxdur. Stokholmda üçüncü xarici toplum Suriyalılardır. Şəhərin mərkəzində onların da, ermənilərin də çox böyük ticarət mərkəzləri var .İkinci toplum Yuqoslaviyalılardır, birinci İsveçlilər özləridi. Xristian Suriyalılar güclüdürsə demək ki, ermənilər güclüdür. Və bu güclər İsveç Parlamentində, İsveç hökümətində bu məsələlərdə obtektiv münasibət sərgiləyən bütün şəxslərə qarşı təzyiq və təhdid edirlər ki, bunu da onlar özləri etiraf etdilər və hətta, onlardan ehtiyat edirlər. Demək ki, ermənilər, kürdlər və xristian Suriyalılar birləşərək burada bir güc halını alıblar. Və bu güc gecə -gündüz Türkiyə və Azərbaycan əleyhinə işləyir. Bu güc Qarabağın ermənilərə verilməsinə, Türkiyənin ermənilərə soyqırım təzminatının ödənilməsinə, Şərqi Anadolunun ermənilərə verilməsinə çalışır. Bunun müqabilində Türkiyə və Azərbaycan dərnəklərinin İsveçdə və eləcə də Avropa Birliyində əlaqələndirilmiş ciddi fəaliyyətləri nə dərəcədədir mən bunu gördüyümü deyə bilmərəm. Bu baxımdan yalnız məyusluğumu bildirə bilərəm. Əgər onların məqsədyönlü fəaliyyəti olsaydı bütün Avropa Birliyi ölkələri və Avropa Parlamenti erməni soyqırımını tanımazdı, Qarabağın ermənilərə verilməsini qəbul etməzdi. Nəticələr bizə bunu deməyə əsas verir.
Bəs siz məsələnin həllini nədə görürsünüz, müharibədən sivil çıxış yolu varmı?
Müharibədən sivil çıxış yolu Türkiyə, Azərbaycan və Gürcüstanın birgə blok qurmasındadır. Mən bunu dəfələrlə demişəm çünki, ermənilərin Gürcüstana da ərazi iddiları var; Tbilisiyə də , Batuma da, Acariyaya da ərazi iddiası irəli sürürlər. Bu üç dövlət ermənilərə qarşı birlikdə koalisiya qurmalıdır, eyni zamanda Türkiyə və Azərbaycan dərnəkləri ciddi fəaliyyətə başlamalıdırlar. Ərəb ölkələri, müsəlman dünyası Türkiyə və Azərbaycanı dəstəkləməlidir. Soyqırımlar və Qarabağla bağlı Ermənistan Azərbaycan müharibəsində də, Avropa Birliyinin münasibətinin formalaşdırılmasında da müsəlman – xristian faktoru çox böyük rol oynayır. Mən bütün bunların şahidi oldum.
Burdan belə bir nəticə çıxır ki, bizim başqa bir alternativ yolumuz da olmalıdır. Xristianlıq faktoru artıq necə əsrlərdir ki, bu kimi məsələlərdə həlledici və təyinedici faktora çevrilib. Bunun qarşısında bəs biz hansı səddi yarada bilərik?
Xristianlıq faktoru olubsa müsəlmanlıq faktoru da alternativ variant kimi önəmli olmalıdır. Biz müsəlman kimliyinə malikik, biz müsəlman ölkəsiyik. Nədən müsəlman ölkələri ilə birlikdə ermənilərə qarşı blok qurmayaq. Son 20 ildə hələ bunu sınaqdan keçirməyib, hələ bu cəhddə bulunmayıb. Yalnız Osmanlı dönəmində xristian və ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımlarla bağlı bir müsəlman birliyi ideyası var idi. Şeyx Cəmaləddin Əfqani tərəfindən əsası qoyulan, Əhməd Agaoglu, Əli Bəy Hüseynzadə və Əlimərdan Bəy Topçubaşov tərəfindən dəstəklənən Panislamizm siyasəti var idi. Amma, bu fiaskoya uğradı. Madam ki, İslamafobiya var, madam ki, Azərbaycan türklərinə qarşı terrorda xristian kilsəsi iştirak edir, madam ki, Vatikanın başçısı Papa soyqırım məsələsində erməniləri dəstəkləyir, saxta soyqırımın gerçək olduğunu iddia edir və bu məsələnin formalaşdırılmasında birbaşa iştirak edir, nədən bizim diplomatiya adamlarımız, dini -idarələrimiz müsəlman kimliyimizi buna alternativ qoymasın. Azərbaycan və Türkiyə cəmiyyəti bu haqda düşünməlidir. Madam ki, xristian birliyi və klubu var bu halda buna alternativ olan müsəlman birliyi və klubu da formalaşmalıdır. Əlbəttə ki, İranı, Livanı və Suriyanı çıxdaş etməklə, çünki, bu ölkələr müsəlman ölkələri olsalar da xristian terrorizminə dəstək verən ölkələrdir. Bu məni düşündürür, hesab edirəm ki, bu məsələnin üzərində düşünməliyik. Amma burda qorxunc bir məsələdə var. son illərdə Azərbaycanda fəaliyyət göstərən İran, Səudiyyə Ərəbistanı və Türkiyəyə baglı bütün müsəlman qrupların, Vəhhabilərin, Nurçuların, Hizbullahçıların yaradıcıları da elə xristian qərb ölkələrinin özüdür. Bunu hamı bilir. Bu məsələlər cox qorxulu, lakin vaz keçilməz məsələlərdir. Bildiyim tək bir şey var, Azərbaycanın Azərbaycan maraqlarına əsaslanan öz İslam modeli olmalıdır. Layiq dövlət modeli ilə İslam kimliyinə məxsus ölkə və cəmiyyət modeli necə sintez olunmalıdır, bax bu, günün sualı və tələbidir. Erməni işgalını pisləyən müsəlman kimliyi və blokundan Azərbaycan necə istifadə edir? İslam konfransı təşkilatında bu presedentin əsası qoyulub, lakin hələ nəticə vermir. Azərbaycan və Türkiyə hökümətinin strateji tərəfdaşlıgından başqa ortada erməni işgalına qarşı mübarizə aparmaq üçün başqa heç bir resursdan, ideyadan, variantlardan istifadə olunmayıb, halbuki islam birliyi ideyası, türk birliyi ideyası ve s. var. Azərbaycan Ermənistan muharibəsində ermənistanı dəstəkləyən Xristianlıq ideyası, hind-Avropa kimlik ideyası var və bu ideyalar əsasında forrmalaşmış Avropa siyasi gücü var, Azərbaycan da bu bloka qarşı alternativ blok qurmalıdır və öz paradiqmalarını yaratmalıdır. Burda işlədiyim AMEA-nın üzərinə böyük vəzifə düşür. Ermənilərdə bu vəzifəni kilsələr və din xadimləri yerinə yetirmişlər, erməni ideologiyası, erməni strateji hədəflrini yaratmışlar. Bizdə isə bu vəzifəni AMEA, xüsusilə də Fəlsəfə və Tarix İnstitutları yerinə yetirməlidir.
Yasəmən xanım siz Dünya Azərbaycanlıları Konqresində Strateji Araşdırmalar Mərkəzinin başqanısız. Konqresin bu kimi məsələlərdə təsir gücünü necə qiymətləndirirsiz? Bu yöndə təşkilat tərəfindən hansı işlər planlaşdırılıb və ya planlaşdırıla bilər, SAM- ın başqanı kimi siz nələri düşünürsünüz?
Dünya Azərbaycanlıları Konqresi birinci çalışmalıdır ki, bütün dünyada Avropa ölkələrində, Amerikada, Avstraliyada, Ərəb yarımadasında, Hind- Çin yarımadası ölkələrində Azərbaycan diaspor təşkilatları güclü olsun. DAK diaspor təşkilatları arasında əlaqələndirici bir görəv daşıyır, çalışsın ki, bu əlaqələndirməni uğurla həyata keçirsin. İkincisi Konqres özü ölkənin, dövlətin və millətin maraqlarını ifadə edən siyasi proqrama malik olmalıdır. Bu proqramın bütün dünyada həyata keçirilməsində yerli nümayəndəliklərin iştirakını təmin etməlidir. Əgər bunu bacararsa DAK ölkəmizə, millətimizə çox böyük xidmət edər və uğur qazandırmış olar. Yenə deyirəm özünün hökümət siyasəti ilə bəzən üst-üstə düşən, bəzən düşməyən, lakin dövlət və millət maraqlarını ifadə edən siyasi proqramı olmalıdır və bu proqramı icra etməlidir. O halda DAK bu məsələlərin həllində güclü təsirə malik ola bilər və böyük nəticələr əldə edilər.
DAK -ın İstanbulda gerçəkləşən 13 -cü Qurultayı birləşmə ilə sonuclandı. Birləşmədən sonra Konqresin fəaliyyəti necə görünür ?
Əlbəttə ki, DAK-a çox böyük ümidlər bəslənilir. Lakin, insanlarda bir qırıqlıq da var, təşkilat yaranır, parçalanır… İnsanlar hələ, o düşüncədən çıxa bilməyblər. Biz bir təşkilatı qururuq , sonra onu dağıdırıq və bu məyusluq yaradır. İnsanlar hələ bu məyusluqdan cıxa bilməyiblər. Bu məyusluqdan çıxmaq üçün DAK- nin elə ciddi fəaliyyəti gərəkdir ki, elə örnək olmalı, elə nümunə göstərməlidir ki, insanlarımız bu məyusluq və inamsızlıq halından çıxa bilsinlər.
Fikirlərinizin yekunu olaraq nə demək istərdiniz?
Yekun olaraq onu deyə bilərəm ki, bizim İsveç parlamenti təmsilçilərinə və Xarici İşlər Nazirliyinə təkliflərimiz oldu. Mən istərdim ki, bu təkliflər bizim yalnız diaspor nümayəndələrinin, aktivistlərin təklifləri olaraq qalmasın, bu Azərbaycan hökümətinin təkliflərinə çevrilsin .
Birinci Azərbaycan höküməti tələb etsin, BMT-nin genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiyasına uyğun olaraq, Azərbaycanda Xocalı və Qarabağda soyqırım həyata keçirmiş Zori Balayan, Köçəryan, Sarkisyan cəzalandırılsın. Azərbaycan höküməti Beynəlxalq Məhkəmə qarşısında vəsadət qaldıra bilər, beynəlxalq məhkəmələrə müraciət edə bilər. İnsan haqları təşkilatlarına müraciət edə bilər. Bu insanların cinayət törətdiklərinə görə cəzalandırması haqqında məsələ qaldırmalıdı. Azərbaycan höküməti bu məsələlərdə geri çəkilməməlidir.
Eyni zamanda son yüzildə Şərqi Anadolu, Qafqaz və Azərbaycanda Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçirmiş erməni komutanlarını, əsgərlərini fiziki soyqırım aktının mənəvi suçlusu kimi terrorist quldur kimi mənəvi məsuliyyətə cəlb olunmaları və cəzalandırılmaları, soyqırımlar qarşısında təzminatların ödənilməsi gündəmə gətirilməlidir. Biz hökümət və dövlət olaraq bunu etməliyik.
Diplomatik danışıqlarda, ATƏT – in Minsk qrupunun sənədlərində Qarabağ konflikti sözünün işlədilməsinə qarşı çıxılmalıdır. Qarabağ konflikti yoxdur, Ermənistan Azərbaycan müharibəsi, Qarabağ və ətraf 7 rayonun işğalı faktı var. Bu müharibə və işğaldır. Azərbaycan höküməti apardığı diplomatik danışıqlarda öz düzəlişini etməlidir. İndiyə qədər son 23 ildəki danışıq sənədlərinə baxdım hələ də Qarabağ konfliktindən danışılır. Belə olmaz, biz Qarabağ konflkti deməklə Qarabağı müstəqil subyekt kimi qəbul etmiş oluruq ki, bu da yanlışdır və bizim əleyhimizədir. Biz Qarabağı müstəqil subyekt kimi göstərə bilmərik. Bu Avropa Birliyinin və ermənilərin istəyidir, bu bizim istəyimiz deyil. Qarabağ Azərbaycanın bir parçası və tərkib hissəsidir , o bu danışıqlarda subyekt ola bilməz.
Eyni zamanda Azərbaycan höküməti Qərbi Azərbaycandan qovulmuş 200 min qaçqının Ermənistana qaytarılması haqqında beynəlxalq təşkilatlar qarşısında Avropa Birliyi və BMT – də, Avropa Parlamenti və Avropa Şurasında məsələ qaldırılmalıdır. ATƏT -in Minsk qrupunun fəaliyyətində Qarabağ icmasının iştirakı yolverilməzdir. Çünki, Qarabağlı türklər Azərbaycan vətəndaşlarıdır, icma deyil, dominant millətdir. Onlara icma statusu vermək olmaz. İcma kimi göstərilirsə dominant millət kimi ermənilər qəbul edilmiş olur. Bu siyasi hüquqi xətaya yol vermək bizim əleyhimizə yönəlir. Eyni zamanda ATƏT- in Minsk qrupunun fəaliyyətində Qarabağda, Azərbaycan vətəndaşı olan ermənilərə hansı status veriləcəksə Ermənistanda Ermənistan vətəndaşı olan türklərə də eyni statusun verilməsinə çalışılmalıdır. Biz millət, dövlət, hökümət olaraq bu siyasəti həyata keçirməliyik.
Azərbaycan diasporunun nümayəndələri də məhz bu prinsiplərdən çıxış edərək fəalliyyət göstərməlidirlər. Bu prinsiplər dəyişməzdir, biz məhz bu yönümdə çalışmalıyıq. Türkiyə və Azərbaycan erməni soyqırımı məsələsinə qarşı alternativ qoymalıdır. Ermənilərin son yüzildə Urmuda, Şərqi Anadoluda, İrəvan xanlığında həyata keçirdikləri etnik soyqırımı, etnik təmizləmə faktları dosya halında hazırlanıb beynəlxalq komissiyalara, beynəlxalq məhkəmələrə verilməlidir. Biz erməniləri soyqırım edən ölkə kimi sıxışdırmalıyıq, biz erməniləri soyqırım törədən millət kimi tanıtdırmalıyıq. Siz təsəvvür edin ki, İsveç Qarabağ cəmiyyəti bütün görüşlərdə bir məsələni qaldırırdı. Bu il ermənilərin saxta soyqırımı yüziliyində bütün İsveç televizayaları , radioları bu soyqırımdan danışıblar və iddia ediblər ki, Guya bu soyqırımı Osmanlı höküməti edib, guya ki, bu soyqırımı türklər ermənilərə qarşı ediblər. Azərbaycan diaspor nümayəndələri İsveç radio və televiziyalara zəng vurub xahiş ediblər ki, onlara da çıxış etmək imkanı yaradılsın. Onlar da söz alıb məsələni doğru dürüst təhlil etsin, axı soyqırımı həyata keçirən türklər yox ermənilər özləri olub. Lakin dəfələrlə müraciət etməklərinə baxmayaraq İsveç radio və televiziyaları Azərbaycan diasporunun bu istəyinə baxmayıblar. İsveç Qarabağ Cəmiyyətinin sədri, Abdulla Haşimi Cavanşir bəy bunu Xarici İşlər nazirliyində görüşdə də, Parlament fraksiyaları ilə keçirilən görüşlərdə də dilə gətirdi və öz kəskin etirazını bildirdi. Qeyd etdi ki, bizə də bərabər imkanlar yaradılsın ki, doğruları söyləyə bilək , qoy İsveç cəmiyyəti ədalətin kimin tərəfində olduğunu bilsin ki, ədalətli bir münasibət də sərgiləyə bilsin.
Sadaladığınız bu təkliflərin Azərbaycanın xarici siyasət xəttində aktivləşdirmək üçün hansı üsulları düşünürsünüz? Nə etmək olar?
Mən bu il parlamentə , millət vəkilliyinə namizədliyimi irəli sürmək fikrindəyəm. Verdiyim təkliflər mənim seçki platformamda öz əksini tapacaq. Əgər seçilsəm, platformamda bir çox məsələlərlə bərabər bu əsas məsələlərin də Azərbaycan höküməti, Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilməsinə çalışacam. Azərbaycan parlamentində , Azərbaycan siyasi kursunun müəyyənləşməsində çox aktiv iştirak edərək bu məsələlərin həll olunmasına çalışacam.
\”28 May Həftəsi\” konfransları necə keçdi?
Bəli, bizim səfər ərzindəki fəaliyyətimiz yalnız İsveç Parlamenti nümayəndələri və Xarici İşlər Nazirliyində olan görüşlərlə kifayətlənmədi. Həmçinin İsveçdə \”28 May həftəsi\” elan olunmuşdu. İsveç Qarabağ Cəmiyyətinin təşkilatçılığı ilə 28 may Cümhuriyyət günü ilə bağlı bir konfrans keçirildi. Konfransda əsas məruzəçi idim . 45 dəqiqəlik məruzəni \”Cümhuriyyət idealının doğuluşunda Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti\” motivində hazırlamışdım. Mənim baxışıma görə M.Rəsulzadə şəxsiyyətində, onun siyasi dünya görüşündə, siyasi fəaliyyətində hansı evrim, hansı təkamüllər baş verirdisə, bu elə Azərbaycan türklərinin siyasi dünyagörüşündəki təkamül və inkişafı ifadə edirdi. Çünki, Azərbaycan türklərinin siyasi görüşlərini M.Rəsulzadə təmsil edir və yaradırdı. Və bilərəkdən ki, Azərbaycanda M.Rəsulzadəyə birmənalı mövqe hələ də sərgilənmir, hələ də hökümət və dövlət səviyyəsində o öz qiymətini tapmayıb , hələ də birmənalı qarşılanmır, bunu bildiyim üçün öz məruzəmi məhz M.Rəsulzadə şəxsiyyətinin üzərində formalaşmış Azərbaycan Cümhuriyyəti şəklində qurdum. Çalışdım ki, bu Cümhuriyyəti onun simasında Azərbaycan türk millətininin yaratdığını elmi faktlarla isbat edim və diaspor nümayəndələrinə çatdırım. Məruzəmdə İsveçdə hakim olan solidarist cəmiyyət modelinin Azərbaycan Demokratik Cümhuriyyətinin əsas dəyərlərindən və prinsiplərindən biri oldugunu qeyd etdim, İsveç Azərbaycan dəyərlərinin paraleliyi barədə müqayisəli təhlilər apardım. M.Ə.Rəsulzadənin kommunizmi, faşizmi, liberalizmi deyil sosial-iqtisadi model kimi solidarizmi qəbul etdiyini bildirdim .
Hər halda düşünürəm ki, diaspor nümayəndələrinin düşüncələrinə təsir etməyə çalışdıq və bunu bacardıq. Bu konfransımız da uğurla başa çatdı.
Söhbəti Dünya Azərbaycanlıları Konqresinin Mətbuatla iş üzrə Müşaviri Gülşən Məmmədoğlu apardı…