Milli Şura üzvü İbrahim İbrahimli İnterpress.az-a bildirib ki, qurumun son iclasında məsələ müzakirəyə çıxarılıb: “Ancaq mitinqin zamanı ilə bağlı qəti qərar qəbul edilməyib. Müzakirələr davam etdiriləcək və yəqin ki, zaman müəyyənləşdiriləcək. Bundan başqa Milli Şura parlament seçkiləri öncəsi vəziyyətin müzakirəsinə dair dəyirmi masa təşkil etmək niyyətindədir. Ancaq bunun üçün hələlik yer tapa bilmirik. Yerlə bağlı müraciətlərə müsbət cavab vermirlər”.
Elnarə
İnterpress.az