Dünya alimləri Bakıya toplaşırbackend

Dünya alimləri Bakıya toplaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant maliyyə dəstəyi və təşkilatçılığı, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının isə elmi-təşkilati dəstəyi ilə 6-8 iyul 2015–ci il tarixlərində keçiriləcək konfrans “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusuna həsr olunacaq.

Beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan tanınmış alimlər Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələrlə çıxış edəcəklər. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər.

Konfransın 2 iş günü Bakı şəhərində, bir sessiyası isə Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq. Elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə olunacaq.
Konfrans materiallarının rəydən keçdikdən sonra nəfis kitab şəklində çapı planlaşdırılıb.

Beynəlxalq konfransın açılış mərasimi 2015-ci il 6 iyul tarixində saat 10.00-da Bakı şəhəri, Salyan şosesi, Şıx çimərliyi, “Aysberq“ İstirahət Mərkəzinin böyük zalında baş tutacaq.

İnterpress.az