200 avtomobilin iştirakı ilə qəza baş verib, 1 nəfər ölübbackend

200 avtomobilin iştirakı ilə qəza baş verib, 1 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Çinin Henan əyalətində 200-dən çox avtomobilin toqquşması nəticəsində azı bir nəfər ölüb.

İnterpress.az xəbər verir ki, hadisə səhər saatlarında Çjençjou şəhərində qatı duman səbəbindən baş verib. Qəza böyük tıxacın yaranması ilə nəticələnib. Hadisə yerində polis, xilasedicilər və yerli administrasiyanın nümayəndələri işləyir.

Yaxın zamanda magistral yolda hərəkətin bərpa olunacağı gözlənilir. Hadisənin təfərrüatları dəqiqləşdirilir, araşdırma aparılır.