2032-ci il Yay Olimpiya  Oyunlarının ev sahibi açıqlandıbackend

2032-ci il Yay Olimpiya  Oyunlarının ev sahibi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2032-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək.

Bu barədə “Euronews” xəbər verib.

Bildirilir ki, əsas namizədlər arasında olan şəhərə 80 seçicidən 72-si lehinə, beşi əleyhinə səs verib.

Qeyd edək ki, Avstraliyada oyunlar üçüncü dəfə keçiriləcək: idman festivalı 1956-cı ildə Melburnda, 2000-ci ildə Sidneydə baş tutub.

Brisben üçün xoş xəbər 23 iyul – 8 avqust tarixlərində keçiriləcək 2020-ci il Olimpiadasının başlanması ərəfəsində Tokioda elan edilib.