2040-cı ilə qədər Bakıda iqtisadi artımla bağlı proqnoz açıqlanıbbackend

2040-cı ilə qədər Bakıda iqtisadi artımla bağlı proqnoz açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2040-cı ildə Bakıda istehsal olunan Ümumi Daxili Məhsulun (ÜDM) dəyərinin 2020-ci illə müqayisədə 78 % çox – 52 milyard manat olması hədəflənir.

İnterpress.az  xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Sənədə əsasən, 2019-cu ildə paytaxtda 29,2 milyard manatlıq ÜDM istehsal edilib. 2020-2040-cı illərdə isə bu sektorda 22,8 milyard manat əlavə ÜDM istehsal olunacaq.

2040-cı ildə Bakıda ÜDM istehsalının əsas hissəsi mədənçıxarma sənayesi (15 %), peşəkar və maliyyə xidmətləri (11 %), turizm (10 %), ticarət (10 %) və nəqliyyat (8 %) sahələrinin payına düşəcək.

“Növbəti 20 ildə paytaxtda xarici investisiyaların məbləğinin 30,3 milyard ABŞ dolları, investisiya qoyuluşu üçün nəzərdə tutulan ərazilərin 24 min hektar olması nəzərdə tutulur”, – Baş planda qeyd edilib.