İnterpress.az xəbər verir ki, Türkiyə hökuməti terrorla mübarizə çərçivəsində əhəmiyyətli bir addım atıb. “Rəsmi Gazetə”də yayımlanan dəyişikliyə görə, terrorla mübarizəyə tövhə verənə pul mükafatı verdiləcək.
Mükafatın məbləği təmin ediləcək məlumat, işıqlandırılan cinayət və ya yeri bildiriləcək cinayətkar nəzərə alınaraq, 200 min lirəni keçməyəcək.
Ancaq, veriləcək bu mükafat cinayət törədənin terror təşkilatında üst səviyyədə idarəçi olması və ya işıqlandırılan cinayətin cəmiyyətdə meydana gətirdiyi maraq və təsirə görə, 20 qatına, yəni 4 milyon lirəyə qədər ola biləcəyi istisna olunmur.
Əgər verilən məlumat birdən çox cinayətin işıqlanmasına və ya birdən çox çinayətkarın tutulmasına köməkçi olubsa, hər cinayət və cinayəti törədən üçün ayrı-ayrı pul mükafatı veriləcək.
Mükafat alanin şəxsiyyəti gizli saxlanılacaq.
Mükafat almaq üçün həmin adamın tələbi əsas götürüləcək. Yeri bildirən, ya da məlumat verənlərlə əlaqədar məlumatlar gizli saxlanılacaq. Mükafat sistemindən, Türkiyə vətəndaşı olmayanlar da, faydalana biləcək.
Ancaq polis, əsgər kimi ictimai asayişi təmin etməklə vəzifəli olanlar və cinayətin törədilməsində iştirak edənlər bu bu mükafatdan yararlana bilməyəcək. Mükafat miqdarları yaradılacaq mükafat komissiyası tərəfindən təyin olunacaq. Mükafatlar daxili işlər nazirliyi nəzdində yaradılan büdcədən veriləcək.
İnterpress.az