Monteneqro 2028-ci ildə Avropa İttifaqına üzv olmağı planlaşdırır
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik açıqlama verib.
Səfirin sözlərinə görə, Monteneqro 2028-ci ildə Avropa İttifaqına (Aİ) qoşulmağı planlaşdırır.
Diplomat qeyd edib ki, “Ruslar üçün viza rejiminin tətbiqi Monteneqro rəhbərliyinin ölkəmizlə əlaqələri kəsmək kursunu davam etdirdiyini nümayiş etdirir, halbuki bu əlaqələr artıq sıfıra yaxınlaşır.
Onlar bu siyasəti Monteneqronun 2028-ci ildə qoşulmağı planlaşdırdığı Avropa Birliyinin xarici və təhlükəsizlik siyasətinə uyğunlaşmaq istəkləri ilə izah edirlər”.
Xuraman Etibarlı
İnterpress.az






