Kipri qarışdıran iddiabackend

Kipri qarışdıran iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, yunan mətbuatı problem həll edildikdən sonra adaya gedərək vətəndaş olmaq istəyən Türkiyə və Yunanıstan vətəndaşlarının balansını pozulacağını iddia edib.

Mətbuatın iddiasına görə, adada 734 min yunan, 183 min türk qalacaq. 280 min əhalisi olan Şimali Kipr Türk Cümhuriyyətində on minlərlə Türkiyə əsilli şəxsin vətəndaşlığı ləğv ediləcək.

Yunanlara məxsus “Politis” qəzetinin yazdığına görə, tərəflər artıq razılışma əldə etmək ərəfəsindədir. Yeni federal respublikada “4 yunan 1 türk” bərabərliyi təmin ediləcək. Türkiyə əsilli şəxslərin vətəndaşlığının ləğv ediləcəyini iddia edən qəzet, eyni zamanda bildirib ki, vətəndaşlığı olmayan şəxslərin mülkiyyət haqqı da tanınmayacaq.

ŞKTC isə bu barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirir. ŞKTC rəhbərliyi Türkiyə əsilli şəxslərə müraciət edərək, belə xəbərlərə inanmamağa çağırıb və bütün vətəndşaların yeni qurulacaq dövlətdə yer alacağını vurğulayıb.

Məlumatlara görə, ŞKTC-nin bütün vətəndaşları Avropa Birliyini üzvü olan yeni federasiyanın vətəndaşı olacaq və Türkiyə əsilli şəxslərə heç bir ayrı-seçkilik tətbiq edilməyəcək. Problemin həllindən sonra adaya gələcək Türkiyə vətəndaşları Yunanıstan vətəndaşlarının sahib olduğu 4 haqqa sahib olacaq: sərbəst giriş, hərəkət, oturum və mülkiyyət hüququ.

80 milyonluq Türkiyənin yeni yaranacaq dövlətdə balansı pozmaması üçün “4 yunan 1 türk” prinsipi əsas götürüləcək.

İnterpress.az