Partiyadan İnterpress.az-a verilən məlumata görə, 20 nəfər səlahiyyətli nümayəndə, 1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin sənədləri MSK-ya təqdim edilib.
Eyni zamanda ölkə üzrə seçki dairəsinə namizədliyi təqdim olunan hələlik ilk şəxs də VHP üzvü Samir Əsədlidir.
VHP tərəfindən 11 saylı Qaradağ Seçki Dairəsindən namizədliyi irəli sürülən Samir Əsədlinin səlahiyyətli nümayəndələri müvafiq sənədləri seçki dairəsinə təqdim ediblər.
İnterpress.az