Əfqanıstanın vitse-prezidenti: “İŞİD-in Azərbaycan planı var”backend

Əfqanıstanın vitse-prezidenti: “İŞİD-in Azərbaycan planı var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Əfqanıstan vitse-prezidenti, general Əbdürrəşid Dostum bildirib.

Dostumun sözlərinə görə, İŞİD Əfqanıstanda da təsirini artırır: “”Taliban” da, İŞİD də təkcə Əfqanıstan üçün yox, Orta Asiya, dünya üçün böyük təhlükədir. Son bir ayda Kabildə günahı olmayan nə qədər uşaq, qadın qətlə yetirildi. Faryabda 12 əsgər və zabitin başını kəsdilər. İŞİD “Taliban”dan daha təhlükəlidir.

General “Taliban” lideri Molla Ömerin ölümü ilə bağlı xəbərlərin ictimaiyyətdən gizlədilməsinə də aydınlıq gətirib: “1 il əvvəl onun ölümündən xəbərim vardı. Nazirlər Kabinetinin toplantısında bunu deyirdim. Hər yerdə bunu deyirdim. Mənim də öz adamlarım var, mənə xəbər gətirirlər. Əcnəbilərlə də informasiya mübadiləsi edirik. Molla Ömərin öldüyünü dediyim zaman heç kim buna inanmadı”.

İnterpress.az