İnterpress.az xəbər verir ki, “Al Jazeera” kanalının yaradıcı heyətinin hazırladığı sənədli film “Əl-Qaidə”nin necə istifadə edildiyini göstərir.
Bir casus Yəmənin sabiq dövlət başçısı Əli Abdullah Salehin “Əl-Qaidə”yə dəstəyini və fərdi maraqları üçün ondan necə istifadə etdiyini detallarıyla izah edir.
11 sentyabr 2001 …
Bu gün bütün dünya Amerikada edilən hücumun şokuyla sarsıldı. Təyyarələrin Nyu-Yorkdakı Əkiz Qüllələrə çarpılma görüntüləriylə birlikdə “Əl-Qaidə” adını hər kəs eşitmiş oldu. Bu tarixdən etibarən dünya əsla əvvəlki kimi bir yer olmayacaqdı.
Bəs “Əl-Qaidə” Əfqanıstanın dağlarından Amerikadakı Əkiz Qüllələrə necə gedib çıxa bildi? Bu sual özü sui-qəsd nəzəriyyələrini, kəşfiyyat təşkilatlarını və bəzi dövlətlərin “Əl-Qaidə” kimi qruplarla əlaqələrini gündəmə gətirdi.
“Al Jazeera” araşdırma qrupu “Əl-Qaidə”nin Yəmən qolunu və ölkədə təşkil etdiyi hücumları bir-bir gözdən keçirib. Təşkilatda bomba üzrə məsul şəxs olmuş bir casus “Əl-Qaidə”nin Yəmən qolunun dövlət nümayəndələri və kəşfiyyat təşkilatları ilə əlaqələrindən danışıb. Casusun dediklərinə görə, Yəməndə sabiq dövlət başçısı Əli Abdullah Saleh rəhbərliyinin “Əl-Qaidə” ilə əlaqəsi var idi.
Casusun ən ilginc iddiası isə Ali Abdullah Salehin qardaşı oğlu, Milli Təhlükəsizlik Bürosunun direktoru polkovnik Ammar Abdullah Saleh haqqında olub.: “O, Amerika səfirliyinə təşkil edilən hücuma göz yummaqla qalmayıb, üç ay əvvəl “Əl-Qaidə”nin partlayıcı ilə təmin etməsi üçün kömək edib”.
2007-ci ildə bombalı hücuma məruz qalan Amerika səfirliyinin işçilərinin dedikləri də casusun sözlərini təsdiqləyir. Səfirlik səlahiyyətliləri binanın önündəki prospektin altı ay boyunca hərəkətə bağlandığını, ancaq hücumdan yalnız üç gün əvvəl xəbər verilmədən yenidən açıldığını bildirib. Üstəlik hücumdan sonra günahkarların tutulması üçün Yəmən hökumətinin istəksiz davrandığı səfirlik ilə Vaşinqton arasında yazışmalarda yer alıb.
Xatırladaq ki, 2007 –ci ildə Amerika səfirliyinə təşkil edilən bombalı hücumda 16 nəfər ölmüş, çox sayda adam yaralanmışdı. Hücuma görə məsuliyyəti “Əl-Qaidə” öz üzərinə götürmüşdü.
İnterpress.az