Jurnalistin həyat yoldaşını öldürən həkim məhkəmə zalında həbs olundubackend

Jurnalistin həyat yoldaşını öldürən həkim məhkəmə zalında həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apleyasiya Məhkəməsində keçirilən prosesdə F.İbrahimov 2,5 il azadlıqdan məhrum edilib.

Məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib və məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, F.İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə təqsirləndirilirdi.

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

İnterpress.az