Bakıda dəhşətli hadisə – VİDEObackend

Bakıda dəhşətli hadisə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonu, Mehmandarov küçəsində 57 yaşlı qadın 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.

Ans tv xəbər verir ki, hadisə şahidlərinin də dediyinə görə, mərhum 57 yaşlı Xatirə İsmayılova əvvəlcə dəmir günlüyün üstünə çıxaraq bir neçə dəqiqə orada dayanıb, canına qəsd etmək istəyib.

Lakin, qonşuların onu dilə tutmasından sonra fikrini dəyişərək, yenidən pəncərədən içəri keçmək qərarına gəlib. Amma müvazinətini itirərək yıxılıb.

“Eyvandan baxırdım, bir də gördüm ki, üzbə-üz binadan bir qadın balkonun dəmir günlüyün üstündə çıxaraq dayanıb. Əvvəl elə bildim ki, qadın aynanı təmizləyir. Sonra gördüm ki, yox qadın intihar etmək istəyir. Artıq aşağıdan qonşuları başladılar qışğırmağa”, – deyə hadisə şahidi Vüqar Ağabəyov bildirib.

“Eyvanda durmuşdum, birdən bir qadının pəncəriyə çıxdığını gördüm. İlk öncə qadın bir müddət dəmir günlüyün üstündə çıxaraq oturdu. Sonra durmaq istəyəndə qadın müvazinətini itirərək yıxıldı”, – deyə hadisə şahidi Teymur Muradov qeyd edib.

Mərhum ailəli olub. Bina sakinlərinin sözlərinə görə, Xatirə İsmayılova buna qədər də bir neçə dəfə də intihara cəhd edib. Lakin, hər dəfə qarşısı alınıb və fikrindən daşınıb.

Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

İnterpress.az