Obama prezidentlikdən sonra nəylə məşğul olacaq?backend

Obama prezidentlikdən sonra nəylə məşğul olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, prezident hələ hansı işlə məşğul olacağını özü üçün müəəyyənləşdirməyib.

Ancaq bəzi məlumatlara görə, Obama Kolumbiya Universitetinin hüquq fakultəsində müəllim kimi çalışması ilə bağlı danışqılar aparılır. Hətta universitetin rəhbərliyi tələbələrlə söhbətində ən məşhur məzunu ilə əməkdaşlıqdan məmnun qalacağını bəyan edib.

“Prezident əvvəllər də bu universitetə olan hörmətini və əməkdaşlıqdan məmnun olacağını bildirib. Ancaq indiki halda prezident postundan getdikdən sonra konkret hansı işlə məşğul olacağına dair qəti qərar yoxdur” deyə Ağ Evin təmsilçisi Cenifer Fridman deyib.
Məlumat üçün bildirək ki, Barak Obama 1983-cü ildə Kolumbiya Hüquq Məktəbini bitirib.

İnterpress.az