“Prezidentin fərmanı vaxta və pula qənaət edilməsi deməkdir”backend

“Prezidentin fərmanı vaxta və pula qənaət edilməsi deməkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənəd həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur.

İnterpress.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramovun fikrincə, son fərman “ASAN” xidmətinin fəaliyyətinin genişləndirilməsi baxımdan vacib olmaqla yanaşı, eyni zamanda xidmətlərdə zaman və proseduraların kəskin qısaldılmasına səbəb olacaq: “Sənəd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini reallaşdıracaq. Belə ki, bu məqsədlə “Elektron lisenziya” portalı yaradılacaq. Bu portal \”Elektron hökumət\”in əsas komponentlərindən biri kimi çıxış edəcək. Bu isə o deməkdir ki, xüsusi razılıq tələb edən fəaliyyət ilə məşğul olmaq istəyən sahibkara bundan sonra lisenziya almaq üçün nə uzun-uzadı növbəyə dayanmaq, nə də çoxlu sənəd toplamaq lazım gələcək. Sahibkarlar elektron portala müraciət etməklə qısa zamanda lisenziya, sertifikat və digər sənədləri əldə etmək imkanları qazanacaqlar. Portal sahibkarlara yalnız qısa müddətdə deyil, hətta cüzi xərclərlə sənədləri əldə etmək imkanı verəcək”.

Ekspert bildirir ki, fərman eyni zamanda vətəndaşların da arayış almaq problemini həll edəcək: “Vətəandaş artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə arayışları ala biləcək. Bunun üçün də çox qısa zaman tələb ediləcək. Elektron bazada bütün məlumatların yerləşdirilməsi imkan verəcək ki, çox qısa zamanda sistem vətəndaşın bütün məlumatlarını görüb, onun istədiyi arayışı çap edə bilsin.

Beləliklə, ASAN xidmətin səlahiyyətləri genişləndirməkdə davam etməkdədir. Bu isə, təbii ki, vaxta və hətta pula qənaət edilməsi deməkdir”.

İnterpress.az