İŞİD-in Suriyada daha bir məbədi dağıtması təsdiqini tapdı – FOTOLARbackend

İŞİD-in Suriyada daha bir məbədi dağıtması təsdiqini tapdı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıntıdan əvvəlki və sonrakı şəkillərdə aydın görünür ki, məbədin əsas binası və ona yaxın sütunlar məhv edilib. Avqustun 27-də çəkilən kadrlarda binaya toxunulmadığını görmək mümkündür. Lakin Avqustun 31-nə aid olan görüntülərdə binadan təkcə bir neçə sütunun qaldığı nəzərə çarpır.

Bela məbədi Parmira şəhərərinin baş tanrıları üçün b.e.ə 1-ci əsrdə inşa edilib və şəhərin ən baxımlı yerlərindən biri sayılıb. Məbəd ənənəvi Şərq və antik dövr arxitekturasının vəhdətindən yaranıb. Suriyada vətəndaş müharibəsinin başlamasından əvvəl hər il məbədə 150 mindən çox turist gəlirmiş.

Bu tarixi abidə qədim şəhərdə İŞİD-in məhv etdiyi ikinci məbəddir. Avqustun 24-də İŞİD-çilər Baalşamina məbədini də dağıtmışdılar.

Qeyd edək ki, İŞİD YUNESKO-nun ümumdünya irsinə daxil olan Parmira şəhərini bu ilin may ayında tutublar.

İŞİD-in Suriyada daha bir məbədi dağıtması təsdiqini tapdı - FOTOLAR

İŞİD-in Suriyada daha bir məbədi dağıtması təsdiqini tapdı - FOTOLAR

İnterpress.az