Pia.az-a açıqlama verən icra başçısı hazırda kabinetində olducunu və vəzifəsini icra etdiyini bildirib:
\”Mən hazırda Sumqayıt şəhər İcra Hakimiyyətində, kabinetimdəyəm və vəzifəmi icra edirəm. Əgər cənab prezident məni vəzifəmdən azad etsəydi, xəbərim olardı. Dünən mətbuatda yayılan məlumatların bir əsası yoxdur\”.
Qeyd edək ki, dünən bir çox saytlar Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifəsindən azad edilməsi barədə xəbər yaymışdı. Xəbərlərdə bildirilirdi ki, Eldar Əzizov vəzifəsindən azad olunaraq, Bakının Nizami rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov isə Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilib.
İnterpress.az