Razi Nurullayevin konfransına silahlı polis basqınıbackend

Razi Nurullayevin konfransına silahlı polis basqını

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Razi Nururllayev bildirib.

Razi Nururllayev vurğulayıb ki, “Azərbaycan vətəndaşı, cəbhəçi, müxalifət və ya digər kateqoriya insan özünə əqidə və yol seçməmişdən öncə insan şəxsiyyəti kimi doğulub və ona hörmət olunmalıdır: “Aqstafa polisinin, Aqstafa icra hakimiyyətinin bu hərəkəti heç bir tənqidə sığmır. Sən necə rəva görə bilərsən ki, insanın şəxsiyyətini aşağılayaraq onları bir otağa salıb insanlqıdan kənar rəftar edəsən? Məsələ döyülmək və söyülməkdə deyil. İnsan şəxsiyyətini alçaltmaq ona əl qaldırmaqdan daha betərdir. Biz AXCP olaraq yeni yol və format müəyyən edirik. Yenilənmiş və intriqalardan uzaq, xalqın maraqları ilə uyuşan bir AXCP qururuq. Əbülfəz Elçibəy sevgisi ilə qurulan bir AXCP. Dinc mübarizə üsulu ilə sizi daha çox utandırmağa çalışacayıq. Bizim topumuz və topxanamız olmasa da, insan və insanlığa, dövlət və dövlətçiliyə ehtiramımız və sayqımız var. Dövlət YAP demək deyil. Dövlət bizim babalarımızın ruhunun gücü və dəstəyi ilə bizə çatmış, kökü tükənib-bitməyən, sonsuzluğa qədər gedən bir qayadır. O qayanı tərpətmək olmaz”.

İnterpress.az