REAL namizədlərin siyahısını açıqladıbackend

REAL namizədlərin siyahısını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, siyahıda həbsdə olan REAL sədri İlqar Məmmdəovun adı yoxdur.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən REAL-ın icra katibi Natiq Cəfərəlinin, 16 saylı Yasamal ikinci seçki dairəsindən hərəkatın idarə heyətinin üzvü Erkin Qədirlinin, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlının namizədliyi irəli sürülüb.

Bundan əlavə, REAL “D-18” Hərəkatının sədri Ruslan İzzətlinin 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyini dəstəkləyəcək.

İnterpress.az