Mardində mina partladı: 4 şəhidbackend

Mardində mina partladı: 4 şəhid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Mardinin Darkeçid rayonunda polis maşınlarının keçidi zamanı baş verib.

Hadisədə 4 polis şəhid olub.

Darkeçid rayonundandakı məktəblərdən biri səhər saat 06.00 radələrində terroristlər tərəfindən yandırılıb. Polis yanan məktəbə müdaxilə etmək üçün zirehli avtomobillə hadisə yerinə gedən zaman terrorçular tərəfindən yola döşənilmiş mina partladılıb. Təhlükəsizlik komandiri İbrahim Xəlil Aksoyla polis məmurları Əhməd Akalın, Hüseyn Balta və Akif Hatunoğlu şəhid olub. Şəhid olan təhlükəsizlik komandiri Aksoy bir müddət əvvəl Antalya Kəşfiyyat Şöbə Müdirliyindən bu rayona təyin edilmişdi.

Hadisədən sonra bölgəyə çox sayda polis cəlb edilib və əməliyyat başladılıb. Hadisədən sonra Mardin Təhlükəsizlik şöbəsinin müdiri Lütfullah Pekcan Darkeçid rayonuna gedərək hadisə ilə əlaqədar araşdırma baxışı keçirib. Şəhid polislər üçün günortadan sonra Mardin Təhlükəsizlik Müdirliyində mərasim təşkil ediləcək.

İnterpress.az