Ermənilər kəndlərimizi atəşə tutub: bir nəfər yaralanıb, iki ev yanıbbackend

Ermənilər kəndlərimizi atəşə tutub: bir nəfər yaralanıb, iki ev yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni silahlı bölmələri dünən axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərini yandırıcı güllələrdən intensiv atəşə tutub.

Nəticədə Əlibəyli kəndində Tarıyel İsmayılov və Mayıl Ağacanova məxsus evlər yanıb. Əraziyə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.

Erməni silahlı bölmələrinin acdığı atəş nəticəsində 1952-ci il təvəllüdlü Tofiq Kazımov isə qarın boşluğundan güllə yarası alıb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən kənd sakinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub. ( apa )

İnterpress.az