Nisbətən ucuz yerlər artıq dolsa da, bahalı yerlərdən 40-ı boş qalıb.
Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 2400 yer ayrılıb. Sənəd qəbulu martın 11-də başlayıb. Ziyarət sentyabrın 11-də başlayacaq. Bu il ilk dəfə olaraq sənəd qəbulunun vaxtı əlavə iki ay uzadılıb. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki variantda təklif olunur. Daha yaxşı şəraitli (VİP) hotellərdə qalmaq, keyfiyyətli yeməklərlə təmin olunmaq və 4 nəfərlik otaqlarda yerləşmək üçün təklif olunan variant 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün təklif olunan variantın qiyməti isə 4700 dollardır. Zəvvarlardan pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılır.
İnterpress.az