Rauf Mirqədirov növbəti dəfə məhkəmə qarşısına çıxarılıbbackend

Rauf Mirqədirov növbəti dəfə məhkəmə qarşısına çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Elmar Süleymanov APA-ya bildirib ki, onlar işə baxan hakim Şəlalə Həsənovaya etiraz ediblər: “Rauf Mirqədirovla bağlı işə bundan əvvəl də Şəlalə Həsənova baxdığı üçün biz hakimə etiraz verdik. Bizim etirazımıza baxmaq üçün məhkəmə sabaha qədər təxirə salındı”.

E. Süleymanov təqsirləndirilən R. Mirqədirovun da prosesə gətirildiyini qeyd edib.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonuncu dəfə bu il mayın 6-da Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 ay uzadılıb.

İnterpress.az