Hərəkatın idarə heyətini üzvü Rövşən Dəmirli İnterpress.az-a bunun səbəbini açıqlayıb: “Hələlik seçkilərdə namizəd olmaq arzusunda olan yoxdur. Bizim üzvlər özlərinə inanırlar, ancaq seçkidə bu vaxta qədər baş verənlər, demokratik seçki prosesinin olmaması onları bu addımı atmağa vadar edir”.
Vurğun Əyyubun namizədliyinə gəlincə, Rövşən Dəmirli “Vurğun bəyi biz inandırmışıq ki,bu dairədə 2005-ci ildə apardığımız seçki təbliğatının güclü keçməsi,seçicilərin ona olan inamı hələ də qalmaqdadır və bu həmin proseslərin davamı ola bilər. Vurğun bəy də bizə güvəndiyi üçün namizədliyini irəli sürməyi qərara aldı” deyə vurğulayıb.
Elnarə
İnterpress.az