İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda mənzildə 1946-cı il təvəllüdlü Bamşad Mənsumə Əli qızı bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
M. Bamşadın cəsədi aidiyyəti üzrə təhvil verilib.
İnterpress.az