Rayon Fövqəladə Hallar Komissiyasından verilən ilkin məlumata görə, yeraltı təkanlar nəticəsində rayonun Turan qəsəbəsi, Aşağı Daşağıl, Cəyirli, Qozlubulaq, Qaratorpaq, Bolludərə, Oxud, Əliyar, Qayabaşı, Sarıca və ətrafda yerləşən digər kəndlərində vətəndaşlara məxsus fərdi evlərin və bəzi sosial təyinatlı obyektlərin divarlarında çatlar əmələ gəlib. Eyni zamanda Şəki şəhərinin yuxarı hissəsində də bir neçə qədim evin divarlarına müəyyən dərəcədə ziyan dəyib.
Tələfat yoxdur.
Hazırda Rayon Fövqəladə Hallar Komissiyası yerli icra qurumları ilə birlikdə yerlərdə dəqiqləşmələr aparır.
İnterpress.az